Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Yan 17:44Bolge-Xeberleri
Şuşa şəhərinin və Daşaltı kəndinin içməli su təchizatı sistemləri yaradılır
"Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.
Respublikaxeber.az xəbər verir ki, bu barədə Manşet.az-a qurumdan bildirilib.
Məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib. İşçi qrupunun rəhbəri, "Azərsu”yun sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra qurumun mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlayıb. Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən Şuşaya suyun verilişi bərpa olunub. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.
"Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Şuşa şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib.
İşçi qrupunun iclasında su ehtiyatlarının qiymətləndirilməsi, su anbarlarının yaradılması, içməli, tullantı, yağış suları sistemlərinin idarə edilməsi üzrə baş planların hazırlanması, içməli və tullantı suitəmizləyici qurğular üzrə araşdırmaların aparılması, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri müzakirə edilib, texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Kiçik Kirs-Şuşa magistral su kəmərinin 5,7 km-lik hissəsi polad borularla yenidən qurulub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi