Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Sen 17:02Bolge-Xeberleri
Şəki DYP mövcud pandemiya dövründə avtomobil nəqliyyatı ilə sərnişindaşımalarına nəzarəti gücləndirib
Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə həftə sonları (şənbə və bazar günləri) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyətinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası (rayonlararası) qanunsuz sərnişindaşımalarının həyata keçirilməsi halları tez-tez müşahidə olunur.
Bu barədə "RESPUBLİKAXEBER".az-a Şəki DYP-NİN Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunanları və yuxarıda göstərilən nəqliyyat vasitələrinin bir çoxunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən edilmiş “Fərqlənmə nişanı”, “Taksi” tanınma nişanları, taksometr və digər məlumat göstəricilərinin olmamasını, habelə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərnişindaşıma fəaliyyəti ilə bağlı tibbi tövsiyyələrinə ciddi riayət edilməməsini (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) nəzərə alaraq, ölkədə koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində mütəmadi olaraq Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən reydlər keçiriləcəkdir.
Qeyd olunan tələbləri pozan təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəkdir.
RESPUBLİKAXEBER.AZ
Odur ki, ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə, aidiyyatı qurumların rəhbərlərinə müraciət edirik ki, qeyd olunan tələblərə ciddi şəkildə əməl etsinlər.
Qanunsuz sərnişindaşımada iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmasını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün vacib işlərini həftə sonlarına saxlamasınlar.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi