Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Sen 17:14news
DİN sərnişindaşımaya nəzarəti gücləndirdi - Qarşısı alınacaq
Respublikaxeber.az Konkret.az-a istinadən xəbər verir ki, Pandemiya dövründə vətəndaşların sağlamlığı naminə avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev KONKRET.az-a bildirib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə həftə sonları – şənbə və bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir:
“Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarının həyata keçirilməsi halları müşahidə olunur.
Müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçiktutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası sərnişindaşımalarının qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçiriləcək”.
“Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, “Fərqlənmə nişanı”, “Taksi” tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaqdır.
Hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırıram. Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir.
Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunacaq”,-deyə DİN rəsmisi bildirib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi