Sorğu
Оцените работу движка

03 Yan 14:41Bolge-Xeberleri

Azərbaycanda buğda ən çox bu rayonda yetişdirilir - STATİSTİKA

Azərbaycanda buğda ən çox bu rayonda yetişdirilir - STATİSTİKA

Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Respublikaxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən KONKRET.az-a verilən məlumata görə, səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1009451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601837,6 hektarı buğda, 407448,6 hektarı arpa, 165,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz, o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artıb, buğdanın səpin sahəsi 1,1 faiz azalıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi