Sorğu
Оцените работу движка

18 İyl 15:21Avropa

“Qarabağ”ın Avropa Liqasında potensial rəqibi bilinib

“Qarabağ”ın Avropa Liqasında potensial rəqibi bilinib

Avropa Liqasında (AL) 2022/23 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Respublikaxəbər.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə III təsnifat mərhələsindəki cütlüklər müəyyənləşib.

Hazırda Çempionlar Liqasında (ÇL) mübarizə aparan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub. Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”ə məğlub olacağı halda mübarizəni AL-in III raundunda davam etdirəcək.

Bu cütlüyün məğlubu Çempionlar Liqasının II raundunda üz-üzə gələcək “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) cütünün zəifi ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” duelinin uğursuz komandası ilk oyununu səfərdə keçirəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə II mərhələdə “Şkupi”yə (Şimali Makedoniya) yenilsə, Avropa Liqasında “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: