Sorğu
Оцените работу движка

17 İyl 17:30Turkiye

Ərdoğan: “Qardaş Azərbaycana sonuna qədər öz dəstəyimizi verəcəyik” - VİDEO

Ərdoğan: “Qardaş Azərbaycana sonuna qədər öz dəstəyimizi verəcəyik” - VİDEO

“Ermənistan işğalçıdır. Bilirsiniz ki, Ermənistanın işğalı on illərdir davam edir. Minsk üçlüyü təxminən 25-30 ildir bu məsələni masada buraxıb, bu məsələni hələ də həll etməyib, edə bilməyib. Əlbəttə ki, vəziyyətin bu nöqtəyə gələcəyi də bəlli idi”.

Respublikaxəbər.az xəbər verir ki, bun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “HaberGlobal” telekanalının müxbirinin Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginlik və bundan sonra Azərbaycanla hər hansı bir təmasın olub-olması ilə bağlı sualını cavablandırarkən deyib.

“Hazırda Ermənistan daim Azərbaycanın yaşayış bölgələrini atəşə tutur, oralara hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda öz üzərinə düşəni edir, torpaqlarının, xalqının müdafiəsi üçün lazımi addımları atır. Bu addımları atarkən biz qardaş Azərbaycanı qətiyyən yalnız qoymarıq.

Qardaş Azərbaycana sonuna qədər öz dəstəyimizi verəcəyik. Bilirsiniz ki, cənab İlham Əliyevlə aramızda danışıqlar olur. Son olaraq dünən Azərbaycandan bir heyət də Türkiyəyə göndərilib.

Bu heyət başda Milli Müdafiə nazirimiz olmaqla, qoşun komandanlarımızla birlikdə görüş keçirib. Mən də onlarla telefonda danışdım. Azərbaycanın, azərbaycanlı qardaşlarımızın Qafqaz mübarizəsində olduğu kimi, bu gün də yanındayıq və yanında olacağıq”, - deyə Türkiyə prezidenti bildirib.





Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi