Sorğu
Оцените работу движка

25 Avq 18:20Turkiye

“2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq” - ƏRDOĞAN

“2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq” - ƏRDOĞAN

“2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.

“2023 hədəflərimizlə ölkəmizi layiq olduğu inkişaf və demokratiya mərtəbəsinə çatdıracağıq. Bunun üçün var gücümüzlə çalışdıq, çalışırıq. 2053 və 2071 məqsədlərimizlə isə Türkiyəni hər sahədə dünyanın ən güclü ölkələri arasında ilk sıralara gətirmə vəzifəsini gənclərə miras buraxırıq”, – o qeyd edib.

Türkiyə Prezidenti Bitlisin Ahlat bölgəsindəki tarixi məzarları Türkiyənin Orxon-Yenisey abidələri adlandırıb.

Qeyd edək ki, 1071-ci ildə baş verən Malazgirt döyüşündə Səlcuqlar dövlətinin sultanı Alparslan Bizans hökmdarı Diogen üzərində qələbə qazanıb. Bu tarix türklərin Anadolu və Ön Asiya coğrafiyasında hakim gücə çevrilməsi baxımından həlledici sayılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi