Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyl 15:08Sou-biznes
"Niyə hay-küy salıblar, bunun Şəbnəmlərə nə dəxli?" - Müğənni aydınlıq gətirdi
Əməkdar artist Şəbnəm Tapdığın adını potentləşdirməsi mövzusu ötən gündən gündəmi zəbt edib.
Axşam.az-a istinadən Respublikaxeber.az açıqlama verən müğənni məsələyə aydınlıq gətirib. O bildirib ki, bir çoxları onun Şəbnəm adına qadağa qoyduğunu düşünür. İfaçı isə tək istəyinin özünə yeni təxəllüs götürmək olduğunu söyləyib:
"Özümə "İlk" sözünü təxəllüs götürürəm. İlk Şəbnəm adını potentləşdirirəm. Hər yerdə "İlk Şəbnəm Tapdıq" kimi təqdim olunmalıyam. Buna görə də müraciət etdim və məqsədimə çatdım. Bütün kanallara da bunla bağlı sənəd göndərdim. Niyə hay-küy salıblar ki? 40 ildir sənətdəyəm. Bu adı Azərbaycanda mənim atam yaradıb. Niyə də ilk olduğum bilinməsin ki? İnsanlar sonra mənim gözəlliyimə, gözlərimə aşiq olub. Şəbnəm adını övladlarına qoyublar. Bundan qürurverici nə ola bilər? Mən necə qadağa edə bilərəm ki, Şəbnəm adı qoyulmasın? Kimlərsə, mənə görə adının Şəbnəm qoyulduğunu danırsa, başlarının üstündə Allahları dayanıb. Mənə olan məhəbbətdən sizin ata-ananız adınızı Şəbnəm qoyub.
Mənim adımın ağır tarixcəsi var. Doğulanda hər gün hava qaralan kimi ağlamağa başlamışam. Atam da göz yaşlarımı şehə bənzədib və qərar verib ki, adımı Şəbnəm qoysun. Şeirində də bunu vurğulayıb. Mənim atam Bahar, Qəlbinur və Şəbnəm adının yaradıcısıdır. Onun bir şeirində qeyd edilib ki, "İlk bahar şəbnəmi...". İndi kim nə qədər istəyir Şəbnəm adını götürsün".
Ş.Tapdıq səhnədə olan digər ifaçıların "Şəbnəm" adından istifadə etməsinə narazı olması məsələsinə də aydınlıq gətirib:
"Bunlar yalandır... Mənim istəyim özümü bu sənətdə və Azərbaycanda ilk Şəbnəm kimi təqdim etməkdir. Heç kimə qadağa qoymuram. Dediyim odur ki, Şəbnəm Tovuzlu, Əliyeva və digərləri özünü ilk kimi təqdim edə bilməz. Mən telekanallara qadağa qoyuram ki, kimisə ilk Şəbnəm kimi təqdim etməyin, məni isə adımı çəkəndə "İlk Şəbnəm" deyə çağırın. Mənim o müğənnilərlə işim yoxdur.
Təsəvvür edin bir ana 9 ay qarnında uşaq daşıyır, məni görüb, övladına doğulanda Şəbnəm adını qoyacağını arzulayır. Bundan gözəl xoşbəxtlik ola bilər? Niyə qadağa edim bunu? Həmin müğənnilər çıxanda, dedim ki, Şəbnəm adını mənə görə daşıyırsız, vəssalam.
İlk Şəbnəm adının potentini aldım, başqa Şəbnəmlərə nə dəxli? Məndən nə istəyirlər? Bu ad hamının halal xoşu olsun, mən ilk olacam. Mən elə ürək sahibi deyiləm ki, kimisə hədələyim və adını dəyişməsini istəyim. Necə deyə bilərəm ki, "Burada mənəm, bağdadda kor xəlifə"?".
Tapdıq bir yeniliyini də bölüşüb. Müğənni bildirib ki, adlar kitabı hazırlayır:
"Burada mənim yaratdığım adlar yer alacaq. Yaxın günlərdə işıq üzü görəcək. hamı oradakı yeni adlardan istifadə edə bilər".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi