Sorğu
Оцените работу движка

26 Yan 09:41Sou-biznes

TikTok-da pul qazanan məşhurlar - SİYAHI

TikTok-da pul qazanan məşhurlar - SİYAHI

Bir neçə müddətdir TikTok video paylaşım platformasına Azərbaycan şou-mədəniyyət üzvləri axın edir.

Respublikaxeber.az xəbər verir ki, onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar.

Tanınmışlar arasında prodüser Tarix Əliyev, aktrisa Pərvin Abıyeva, komediya aktyorları Sabir Samiroğlu, Elcan Rəsulov, Məcid Hüseynov, Həsrət Həsrətov, Mənsur Şərif, Nicat Şakirli (Niko), aparıcı İlham Mirzəyev, model Səmra Hüseynova və başqalarına rast gəlmək olar.

Bəs TikTok canlı yayımından necə pul qazanmaq olar?

İstənilən abunəçi min izləyiciyə sahib olduqdan sonra canlı yayım aça, izləyicilər tərəfindən virtual hədiyyə qəbul edə bilər. Həmin kuponlar TikTokun balansında qorunur və istifadəçi hədiyyələri pula çevirib öz bank kartına köçürə bilir.

Daha çox hədiyyə qazanmaq üçün tanınmış simalar duel-revanşa qoşulur, söhbət və yaxud müzakirə aparır. Onları dəstəkləyən istifadəçilər tərəfindən təyyarə, gül, alov, papaq, eynək, tac, ürək kimi hədiyyələr qəbul edir. Sözügedən hədiyyələrin hər biri müəyyən sayda kuponlardan ibarətdir. Nə qədər çox kupon, o qədər böyük pul deməkdir.

Kuponlar arasında yüksək məbləğ şir hədiyyəsi hesab olunur ki, revanşlarda məşhurlara tez-tez atılır.

Həmçinin, sandıq hədiyyəsi var ki, hesab sahibinə göndərilən zaman canlı yayımı izləyən şəxslər də kupon əldə edə bilir.

Həmin hədiyyələr isə istifadəçilər tərəfindən müəyyən məbləğdə pula TikTok platformasından əldə edilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi