Sorğu
Оцените работу движка

23 Yan 13:22Sou-biznes

Tacirin yoldaşı Fədayə Laçına görə intihara cəhd etdi

Tacirin yoldaşı Fədayə Laçına görə intihara cəhd etdi

“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq".

Respublikaxeber.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Onun sirri" verilişində deyib. Sənətçi həyat yoldaşının onu qısqandığı üçün intihara cəhd etdiyini bildirib:

"Ağlıma gəlməzdi ki, Fədayə ilə oxuduğum duetə görə yoldaşım qısqanar. Yeməklər bişirilib, qardaşım da ailəsiylə gəlib. Birdən gördüm ki, yoldaşım yoxdur. Soruşdum Kəmalə haradadır? Niyə gəlmir? Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Qapını içərdən bağlamışdı, qırdıq. Yoldaşım qazı açmışdı. Artıq dəm qazından zəhərlənirdi. Üstünə tez düşdük, faciədən qurtardıq. İllər sonra gördü ki, ailəmə bağlı adamam".

Qeyd edək ki, Tacir Şahmalıoğlu Fədayə Laçınla uzun illər küsülü olub. Hətta onların eşq yaşadığı da iddia edilib. F.Laçın həbs edildikdən sonra isə ifaçılar arasında mübahisə yaşanmışdı. Belə ki, Tacirin onun ünvanına "Fədayənin müəllimi olmuşam" sözü qalmaqala səbəb olmuşdu. Duet ortaqları ötən il Moskvadakı toy məclislərinin birində görüntülənmişdilər. Onların səmimi halları diqqət çəkmişdi.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi