Sorğu
Оцените работу движка

23 Sen 16:18Sou-biznes

İbrahim Tatlısəsə həbs cəzası verildi - SƏBƏB

İbrahim Tatlısəsə həbs cəzası verildi - SƏBƏB

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin “Tatlıses TV”də baş direktor çalışmış Fulya Akbay Toprakı təhdid və təhqir etməsi iddia olunub. Bu səbəbdən Tatlısəsə 4 ilə qədər həbs istənilib.

Respublikaxeber.az “Haberler.com”a istinadən xəbər verir ki, məhkəmə Tatlısəsə təhqirə görə 740 TL pul cəzası, təhdidə görə isə 2 ay 15 gün həbs cəzası verilməsinə qərar verib.

Daha əvvəl Toprakın vəkili Şeyda Yıldırım şikayət vəsatətində bunları yazmışdı: “İbrahim Tatlısəs mənim müştərimə öz mobil telefonundan təhqiramiz mesajlar göndərib. Biz istəyirik ki, onu cəzalandırsınlar”.

İstintaq zamanı ifadə verən İ. Tatlısəs isə bunları demişdi: “Şirkət işlərini şikayətçi Fulya Akbay Toprakla digər əməkdaşlara həvalə etmişdim. Amma şirkətdə pozuntuların olduğunu öyrəndim. Onları işdən çıxartdım. Bu mesajlar mənə aid deyil”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi