Sorğu
Оцените работу движка

13 Sen 11:09Sou-biznes

"Yalnız üçüncü oğlumun atasında məhəbbəti hiss etmişəm" - Nura Suri

"Yalnız üçüncü oğlumun atasında məhəbbəti hiss etmişəm" - Nura Suri

“İlk məhəbbətim gec olub. Davidin (üçüncü övladı-red.) atasında əsl məhəbbəti hiss etmişəm, onunla da bitib. Ondan əvvəlkiləri isə sevgi bilmişəm, amma elə deyilmiş. Deyirlər ki, insan gənc yaşında ailə qurmalıdır. Bu fikir yanlışdır. Kimisə görüb bəyənibsə, o demək deyil ki, həmin şəxsi sevir. Hər hansısa bir münasibətdə etibar yoxdursa, orada heç nə ola bilməz”.

Respublikaxeber.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri ARB TV-də yayımlanan “Özəl” proqramında deyib.

O, şəxsi həyatı, yaradıcılığı, ətrafında baş verən neqativ hallardan söz açıb:

“İnsanlar robotlaşıb. Hisslər keçib arxa plana… Maddiyata bağlı olublar, insanlara xeyir güdmək üçün yanaşırlar. Kiminsə yanında əyilirlər, əzilirlər, yaltaqlanırlar. Heç öz ailəsinə, anasına, övladına bu cür hörmət qoymur. Mən bunları qəbul edə bilmirəm. İnsanı özündən başqa heç kəs yaxşı tanımır. İnsan özünə hörmət qoymalıdır. İnsanlar var ki, öz həyatını qurmaq üçün hər vasitədən istifadə edirlər. Uşaqlıqdan bu günə kimi formalaşan bir xüsusiyyətim var. Sözün düzünü deyirəm, düşmən qazanıram. Özümə hörmətim var, buna görə də gecələr rahat yata bilirəm”.

Nura Xalq artisti Aygün Kazımova kimi fədakar olmadığını vurğulayıb: “Müğənni olmamışdan əvvəl şou-biznes üzvləri ilə dostluq edirdim. Çünki ortaq dostlarım var. Sənətə gəldikdən sonra onların mənə münasibəti dəyişdi. Bu sənətə hobbi kimi baxıram. Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm. Borca girmərəm, evimi satıb konsert verə bilmərəm. Öz pulum, imkanım ilə sənətə gəlmişəm. Bilsəydim ki, istedadım yoxdur, bu aləmə girməzdim”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: