Sorğu
Оцените работу движка

07 Sen 08:40Sou-biznes

Ancelina Coli ona edilən təcavüzün təfərrüatlarından və Pittin reaksiyasından danışdı - FOTO

Ancelina Coli ona edilən təcavüzün təfərrüatlarından və Pittin reaksiyasından danışdı - FOTO

Tanınmış aktrisa Ancelina Coli Hollivud prodüseri Harvey Vaynşteyn tərəfindən edilən təcavüzün təfərrüatlarını açıqlayıb və keçmiş əri Bred Pittin hadisəyə reaksiyasından danışıb.

Coli icraçı prodüsseri Vaynşteyn olan “Playing by Heart” filminin çəkilişləri zamanı 21 yaşında olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınlar adətən belə təcavüzdən qaçmağı bacararkən bunu artıq hücum saymırlar.

“Otaqdan çıxmağı bacardığınızda, təcavüzkarın cəhd etdiyini, amma bunu bacarmadığını düşünürsünüz, elə deyilmi? Ancaq həqiqət budur ki, nəticəsindən asılı olmayaraq bu təcavüzdür”, - deyə o, vurğulayıb.

Respublikaxeber.az Oxu.az-a istinadən xəbər verir ki, Aktrisa başına gələnlərin “bütün sərhədləri aşdığını” qeyd edib.

“Mən qaçmalı oldum. (Vaynşteyndən) uzaq gəzirdim və hamını onun barəsində xəbərdar edirdim. Bunu ilk ərim Conniyə (Lee Miller) danışdım, o da digər gənclərə segililərini Vaynşteynlə tək qoymamaq barədə xəbərdarlıq edirdi”, - deyə Coli əlavə edib.

Aktrisa “Aviator” filminin çəkilmək üçün dəvət aldığını ancaq Vaynşteynin bu filmin üzərində işlədiyi üçün imtina etdiyini, Bred Pittin isə baş verənləri bildiyinə baxmayaraq Vaynşteynlə əlaqədar filmlərdə dəfələrlə çalışdığını vurğulayıb.

“Bir daha Vaynşteynlə heç vaxt əməkdaşlıq etmədim. Bredin onunla işləməsi isə mənim üçün çox çətin oldu. Biz bunun üstündə dava edirdik və əlbəttə ki, bu çox ağrılı idi”, - deyə Coli bildirib.

Qeyd edək ki, Vaynşteyn 2020 -ci ilin mart ayında 23 il müddətinə azadlıqdan məhrum edilib. O, üçüncü dərəcəli təcavüz və birinci dərəcəli seksual təhrikdə təqsirli bilinib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi