Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyl 15:19Siyaset
Erməni girovluğunda olan Dilqəm və Şahbazın azad olunması... – XİN rəsmisindən AÇIQLAMA/ÖZƏL
İyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı girov götürülməsinin 5 ili tamam olacaq.
Sonxeber.az-a Dilqəm və Şahbazın əsirlikdə olmalarının beş ilinin tamam olması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva münasibət bildirib.
Mətbuta katibinin sözlərinə görə, ermənilər tərəfindən girov götürülən mülki şəxsələrimizin azad olunması məsələsi daim nazirlik tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılır:
"Doğrudur, bu il Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz şəkildə girov götürülməsinin beş ili tamam olur. Bu məsələ daim nazirlik və nazirin diqqət mərkəzindədir. Keçirilən bütün aidiyyatı görüşlərdə girov götürülən mülki şəxslərimizin məsələsi nazir tərəfindən qarşı tərəflər qarşısında qaldırılır. Beynəlxalq təşkilatlar da mütəmadi olaraq əsirlərimizin azad olunması gündəmə gətirilir. Bildiyiniz kimi, hazırda Elmar Məmmədyarov xarici səfərdədir. Mülki şəxslərimizin əsirlikdə olmalarının beş ilinin tamam olması ilə əlaqədar yenidən bu məsələni gündəmə gətirib. Xüsusilə beş illiklə bağlı Xarici İşlər naziri adından bu məsələ ilə məşğul olan yüksək səviyyəli rəsmilərə rəsmi müraciət məktubları ünvanlanıb".
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində isə qanunsuz "məhkəmə" qurulub, D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi