Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 İyn 15:07Siyaset
DTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKT
Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Xeberman.com və Press-az.com informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
DTX-nın açıqlamasından bəlli olur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlamağı razılaşdırılıb.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.
Açıqlamada Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi açıqlanmasa da, onun Facebook səhifəsindəki paylaşımlarından və səfər fotolarından bəlli olur ki, şübhəli şəxs İrana meyilli adam olub.
Hətta onun sosial şəbəkədə paylaşıdığı şəkillərdən tez-tez İrana səfər etdiyi və ya adamlar göndərdiyi, orada İranın dini hakimiyyətinə bağlı şəxslərlə görüşdüyü və görüşdürdüyü bəlli olur.
Həmçinin onun adı ilə bağlı olan müxtəlif səhifələrdə Azərbaycan əleyhinə çağırışlar edilir, dövlətin dinlə bağlı siyasəti pislənilir. Hətta bu şəxs ölkəmizdə reallaşan beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan əleyhinə mövqeyi ilə seçilən İranın "Səhər" kanalına bağlanaraq bu tədbirləri gözdən salmağa çalışır, dövlətimiz əleyhinə fikirlər sələndirir.
Polad Aslanov öz səhifələrində həmçinin Nardaran hadisələrinə görə, həbs olunan "Müsəlman Qardaşları" radikal dini təşkilatın rəhbəri Taleh Bağırzadəyə də simpatiyasını gizlətmir, "Səhər" kanalındakı canlı yayımlarında onun azadlığını tələb edir.
Onun çıxışlarının hazırda İrana sığınaraq Azərbaycan dövlətinə qarşı istifadə olunan "Mübariz Ruhanilər Cəmiyyəti"nin rəhbəri, Azərbaycan vətəndaşı Tövhid İbrahimbəylinin və İran dini hakimiyyətinə bağlı radikal şəxslərin fikirləri ilə eynilik təşkil etməsi Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanları ilə əməkdşalıq etdiyini üzə çıxarır.
Bu məntiqlə yanaşsaq Polad Aslanovun İran xüsus xidmət orqanı ilə anlaşdığını ehtimal etmək olar.
baku.ws

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi