Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Apr 01:11Siyaset
Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli şuralara seçkilər baş tutub
Bu gün Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi - referendum və yerli şuralara seçkilər başa çatıb.
Respublikaxəbər.az-ın məlumatına görə, Konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova jurnalistlərə bildirib ki, son məlumata görə, səs hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Siyasi kampaniyanın ilkin nəticələri bir gündən sonra elan olunacaq.
Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyib.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi