Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 İyn 13:47Siyaset
"Qarabağda istənilən vaxt döyüşlər bərpa oluna bilər"
Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvo hələ də olduğu kimi qalır. Məsələnin həlli istiqamətində aparılan danışıqların nəticə verməməsi, Ermənistan tərəfinin isə münaqişənin dalana dirənməsinə səylər göstərməsi vəziyyəti daha da ağırlaşdırır. Bu və ya digər məsələlərlə bağlı "Unikal" qəzetinə müsahibə verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev Qarabağ münaqişəsinin həlli, ermənistan hakimiyyətinin hazırıkı durumu ilə bağlı fikirlərini bölüşüb.
BiG.AZ müsahibəni təqdim edirik:
-Nəsib müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcüd durumu necə dəyərləndirirsiniz?
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ondan ibarətdir ki, bir il bundan əvvəl Ermənistanda baş vermiş inqilab nəticəsində hakimiyyət dəyişikliyi danışıqlarda uzun fasilə yaratdı. Yeni siyasi hakimiyyət danışıqların formatını dəyişmək üçün çox çalışsa da cənab Prezidentin uğurlu diplomatik siyasəti nəticəsində format dəyişmədi və Dağlıq Qarabağın erməni icması "tərəf" kimi tanınmadı. Bir neçə görüşlər təşkil olundu. Həm ölkə rəhbərləri, həm də Xarici İşlər nazirləri səviyyəsində. Çox təəssüf ki, Ermənistanın tutduğu destruktiv mövqeyə görə hələlik heç bir nəticə əldə olunmamışdır.
-Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini necə qiymətləndirirsiz?
-Bu münaqişənin həlli ilə əsasən ATƏT-in Minsk qrupu məşğul olur. Təəssüflər olsun ki, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq demək olar ki, heç bir nəticəyə nail olunmamışdır. Müasir dünyada mövcud olan ikili standartlar, xristian təəssübkeşliyi, eyni zamanda, dünya supergüclərinin regional maraqlarının toqquşması münaqişənin həllini yubadan amillərdəndir. Bu baxımdan Beynəlxalq təşkilatların münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində apardığı işləri müsbət hesab etmək olmaz.
-Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın istər daxildə, istər də xarici siyasətində dəyişikliklər edildi. Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı dəyişikliklər hiss edirsiniz?
-Paşinyan hakimiyyətə gələndə erməni cəmiyyəti böyük bir eyforiya yaşayırdı. Sırf Qərbyönümlü siyasi lozunqlar nəticəsində hakimiyyətə gəlsələr də bütövlükdə həm xarici, həm daxili siyasətdə köklü dəyişikliklər əldə edə bilmədilər. İlk növbədə uzun illər Ermənistanda hakimiyyətdə olmuş cinayətkar Qarabağ klanının apardığı siyasət nəticəsində Ermənistan müstəqil dövlət statusunu itirmiş, həm iqtisadi, həm siyasi baxımdan başqa dövlətlərdən tam asılı vəziyyətə düşmüşdür. Paşinyan nə qədər çalışsa da Qərbin dəstəyini də qazana bilməmişdir. Bu da faktdır ki, Qərbin maliyyə institutları son bir ildə Ermənistana hər hansı bir kredit və yaxud maliyyə yardımı göstərməmişlər. Nəticə ondan ibarətdir ki, artıq ermənilər əvvəlki eyforiyadan çəkiliblər və daxildə çox böyük narazılıqlar baş verir, "Dağlıq Qarabağ" respublikası ilə münasibətlərdə ciddi problemlər yaranmışdır. Hesab edirəm ki, yaxın zamanlarda erməni cəmiyyətində parçalanmaların, xaotik proseslərin şahidi olacağıq. Münaqişənin həlli ilə bağlı dəyişikliklərə gəldikdə isə inanmıram ki, Paşinyan buna qadir olsun. Biz bu məsələlərlə bağlı daha çox onlara havadarlıq edənlərlə, dəstək verənlərlə işləməliyik.
-Ermənistan tərəfi tez-tez atəşkəsi pozur, təxribatlara əl atır. Sizcə, ermənilərin təxribatlara yol verməsinin arxasında hansı məqsəd dayanır?
-Məqsəd birdir. Maksimum uzun zaman Azərbaycan torpaqlarını işğalda saxlamaq və beynəlxalq birliyi inandırmağa çalışmaq, artıq faktla barışmaq lazımdır ki, guya ermənilər uzun illərdir burada yaşayırlar və onların hüququ tanınmalıdır. Ancaq inanıram ki, ermənilərin arzuları ürəklərində qalacaq, torpaqlarımız işğaldan azad olunacaq.
-Aprel döyüşlərinin təkrarlanması məsələsi də zaman-zaman gündəmə gəlir. Necə düşünürsünüz, ermənilərə növbəti aprel sarsıntısı yaşatmağın zamanı deyilmi?
-Aprel döyüşləri hərb tariximizdə xüsusi yer tutur. Allah şəhidlərimizə rəhmət eləsin. Məhz, aprel döyüşlərindən sonra "erməni mifi" dağıldı. Cəmi 40 dəqiqə ərzində qəhrəman oğullarımız çox çətin relyefli, strateji yüksəklikləri ələ keçirdilər. Ermənilərin kütləvi şəkildə qaçdığının şahidi olduq. Çox təəssüflər ki, yenə havadarlarının hesabına canlarını qurtardılar. Ancaq onlar bilməlidirlər ki, torpaqlar azad olunmasa, istənilən vaxt döyüşlər bərpa oluna bilər. Bu məsələ müəyyən qüvvələrlə razılaşdırılmalıdır.
-Nəsib müəllim, Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
-Respublika prezidenti cənab Ali Baş komandan İlham Əliyev ordu quruculuğuna daim xüsusi diqqət göstərir. Hər il büdcədən milyardlarla vəsait ordu quruculuğuna sərf olunur. Ən müasir silahlar alınır. Təlim, tədris proseslərinə daha çox diqqət ayrılır. Əvvəlki illərdən fərqli olaraq intensiv təlimlər keçirilir. Xalqımız ordumuzla fəxr edir və mən bunu çox müsbət qiymətləndirirəm.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi