Sorğu
Оцените работу движка

06 Mar 23:54Siyaset

Pandemiya səbəbindən İtaliyada regional və bələdiyyə seçkiləri təxirə salınıb

Pandemiya səbəbindən İtaliyada regional və bələdiyyə seçkiləri təxirə salınıb
İtaliyada koronavirus pandemiyası ilə əlaqədar bir sıra regional və bələdiyyə seçkiləri təxirə salınıb.

Respublikaxəbər.az-ın məlumatına görə, bu barədə qərarı Mario Draqinin başçılıq etdiyi yeni hökumət qəbul edib. Seçkilər üçün yeni tarixlər 15 sentyabr-15 oktyabr aralığındakı müddətə müəyyən edilməlidir.

Təxirə düşəcək seçkilər arasında ən mühümü aprelin 11-də Kalabria regionunda keçirilməli olan regional seçkilərdir. Regionun prezidenti Yole Santellinin ötən ilin oktyabrında vəfat etməsi səbəbindən regionda növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yaranmışdı. Pandemiya ilə əlaqədar bu seçkilərin müddəti artıq bir dəfə dəyişdirilsə də, hökumət növbəti dəfə təxir barədə qərar verib. Digər seçkilərdə isə özünüidarətmə orqanları və ölkə parlamentində boşalmış deputat postlarına təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edilməlidir ki, İtaliyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb və yaxın günlərdə ölkənin bir sıra regionlarının sərt karantin rejimli qırmızı zonalar elan olunacağı gözlənilir.

Respublikaxəbər.az 0518310101
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi