Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 16:32Siyaset
Səfirin Rasim Məmmədovla xəyanətə bərabər SPONSOR OYUNU
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Baku Steel Company” rəhbəri Rasim Məmmədovun Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə əlaqələri də ciddi şəkildə araşdırılmalıdır. İki il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Elmira Axundova “qoruyucu mələk”tək ona dəstək verməyə başlayıb.
Belə aydın olur ki, o günlərdə Elmira Axundova ilə işbirliyi Rasim Məmmədovu mümkün həbsdən sığortalamağa hədəflənib. Rasim Məmmədovun istintaqa cəlb edilməsi xəbəri yayıldığı günlərdə Elmira Axudnovanın oğlu Həbib Axundov özünün facebook hesabında ona dəstəyinin ifadə edib, Rasim Məmmədovun sponsoru olduğu, Elmira Axundovanın yazdığı kitabın fotolarını paylaşıb. Elmira Axundova hələ səfir olmazdan əvvəl, cibində deputat mandatı daşıyarkən Rasim Məmmədovun xilas planında yer almağa nə vadar edib?
Bu işbirliyinin görünən tərəfi 2019-cu ildə Elmira Axundovanın sabiq dövlət başçısı Heydər Əliyev haqqında kitabında üzə çıxır. Kitabın ən gözəgəlimli hissəsində, 2-ci səhifənin yuxarı başından “Kitab “Baku Steel Company” şirkətinin təsisçisi Rasim Məmmədovun maliyyə dəstəyi ilə nəşr olunub” yazılıb. Kitab 2019-cu ildə, Rasim Məmmədovun barəsində ilkin araşdırmaların start götürdüyü günlərdə işıq üzü görüb.
Elmira Axundova deyə bilər ki, Rasim Məmmədovun əməllərindən xəbərsiz olub. Amma buna özündən başqa kimsə inanmaz. Çünki həmin günlərdə mətbuatda Rasim Məmmədovun bu gün ittiham edildiyi cinayət əməlləri haqda çeşidli yazılar dərc olunurdu. Bu yazılardan belə aydın olurdu ki, Rasim Məmmədov gizli şəkildə BSC-dən qazanclar əldə edərək xaricə çıxarıb, işdən kənarlaşdırılacağı təqdirdə xarici ölkələrdən birinə sığınmaq üçün hazırlıqlar görür.
Bundan əlavə 2007-ci ildən bu yana Rasim Məmmədovun adı reketlikdə, qoçu dəstəsi saxlamaqda, reyder hucumlarda, dələduzluqla zavodları ələ keçirən əsas sima kimi ölkə ictimaiyyətinə bəllidir. Yəni Rasim Məmmədov ictimai şüura ləkəli reputasiyaya malik biri kimi pərçimlənib. İllərin deputatı Elmira Axundova bundan xəbərsiz olub? Heydər Əliyev kimi dahi haqda kitaba keçmişi ləkəli birinin sponsor olaraq cəlb olunması hansı məntiqə sığır?
Elmira Axundova kitabı çapa hazırlayarkən pulsuzluqdan əziyyət çəkib? Əlbəttə ki, yox! Çünki onun kitabları CBS mətbəəsində və başqa mətbəələrdə Ulu öndərə hörmət, ehtiram əlaməti olaraq pulsuz çap olunur. Belə olan halda Elmira Axundovanı Rasim Məmmədovu bunca ciddi bir kitabın nəşrinə sponsor seçməsi nə ilə əlaqəlidir? Elmira Axundova bu boyda ölkədə reputasiyası, əli təmiz, adı dələduzluqda keçməyən bir sponsor tapmayıb?
Elmira Axundova
Bu gün Rasim Məmmədova elan olunan ittihamlar elə həmin kitab çap olunan günlərdə də keçərli idi. Külli miqdarda dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə ittihamlı bir şəxsi Azərbaycanın taleyində müstəsna rolu olan tarixi şəxsiyyət haqda kitaba sponsor seçməklə Elmira Axundova nə məqsəd güdüb?
Elmira Axundova Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev kimi dahi haqda kitaba dələduzluqda adı hallanan birini sponsor olaraq yuxarı başa çəkməsi təsadüfi olub? Elə mətbuat üzərində aparılan kiçik bir gəzişmə kifayət edir ki, Elmira Axundovanın çox da uzağa getmədən kitabın nəşrinə sponsor tapa bilərdi. Məsələn bəh-bəhlə geniş ictimiyyətə iş adamı kimi təqdim etdiyi oğlu Həbib Axundova müraciət edib kitabın maliyyələşməsini təmin edə bilərdi.
Müsahibələrində oğlunun biznesmen olmasını, Həbib Axundov özü isə “yüzlərlə insanın işlədiyi böyük biznesim var” deyirlər. Belə bir halda ətrafında çənbər daralan Rasim Məmmədova Elmira Axundova kitabında niyə yer verib? Elə oğlu həmin kitabı maliyyələşdirə bilməzdi? Ümumiyyətlə pulsuz çap olunan kitaba görə sponsor axtarışlarına nə ehtiyac vardı? Elmira Axundovaya dövlət 3 ev verib. 4-cü ev isə hökumət bağındadır. Deputat maaşı, çoxsaylı imtiyazlar da bura əlavə olunmalıdır. Nədir Elmira Axundova ilə Rasim Məmmədovu birləşdirən?
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi