Sorğu
Оцените работу движка

24 Dek 12:09Siyaset

Sergey Lebedev İlham Əliyevə təbrik məktubu ünvanladı

Sergey Lebedev İlham Əliyevə təbrik məktubu ünvanladıMDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Respublikaxəbər.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda, MDB məkanında və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider sözü ilə tam assosiasiya yaradır.

Sizin qarşınızda duran məsul məsələlərin həlli fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir. Siz var gücünüzlə Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr edirsiniz.

Mən qəti əminəm ki, Sizə xas olan müstəsna iş qabiliyyəti və yüksək intellektual potensial bundan sonra da Azərbaycan Respublikası naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin inkişafı məsələlərində ardıcıl və konstruktiv mövqe tutduğunuza, MDB İcraiyyə Komitəsini daim dəstəklədiyinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın və niyyətlərinizin uğurla həyata keçməsini arzu edirəm”.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi