Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Dek 18:33Siyaset
Zəfər paradı Milli birliyimizin tarixdə qalacaq imzası oldu
Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın tarixində yaşanmış ən parlaq və ən önəmli hadisələrdən biri kimi xalqımızın irsi yaddaşına yazıldı. Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan dövlətçiliyinin böyük təntənəsi və Milli birliyimizin tarixdə qalacaq imzası oldu.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq planları 1980-ci illərin sonlarında artıq hazır idi…
Bu gün Azəbaycanın azad edilmiş ərazilərinin erməni işğalı altında qalma müddətini biz hamımız təxmini 30 il civarında qeyd edirik. Belə ki, məhz ötən əsrin sonuncu onilliyinin, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmiş və torpaqlarımızın 20%-ni zəbt edə bilmişdi. Lakin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də Zəfər paradında etdiyi çıxışında vurğuladığı kimi, əslində, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı.
Məlumdur ki, Zəngəzur və Göyçə mahallarının da daxil olduğu İrəvan xanlığı da əslində tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqlarda əsrlər boyu məhz azərbaycanlılar yaşayıb. Lakin Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülh müqaviləsinin nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan daha 90000 erməni Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldılar.
Bu hadisələrdən 150 il sonra, 1980-ci illərin sonlarında isə Ermənistan rəhbərliyi 100 minlərlə soydaşımızı öz doğma torpaqlarından didərgin saldı. Yalnız bundan sonra qondarma dağlıq Qarabağ problemi gündəmə gətirildi və artıq eyni mənzərə burada da müşahidə olunmağa başladı. Həmin ərazilərdə Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər, qətliamlar həyata keçirdi. 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması ilə Ermənistanla dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradıldı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırdı. Məhz bundan sonra işğalın coğrafiyası sürətlə genişlənməyə başladı. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanda siyasi sabitlik əldə edildi və 1994-cü ilin mayında Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. Bununla da digər ərazilərimizin işğalının qarşısı alındı.
Bu gün Azərbaycanı Qələbəyə gətirən yol uzun illər davam edən hazırlıq mərhələsindən keçib…
Biz tarixi ədalətin zəfər çaldığı bu möhtəşəm günü çox gözləməli olduq. Lakin bu, heç də passiv gözləmə deyildi. Əgər belə olsaydı işğal hələ uzun illər davam edər və bəlkə də torpaqlarımızın geri qaytarılması müəyyən bir vaxtdan sonra artıq ümumiyyətlə mümkün olmazdı. Lakin Ali Baş Komandanımızın da dəfələrlə dünyanın ən mötəbər kürsülərindən ifadə etdiyi kimi, Azərbaycan öz ərazilərinin itirilməsilə heç zaman və heç bir halda barışmaq fikrində olmayıb. Bununla belə, işğala son qoymaq, itirilmiş torpaqları geri almaq üçün bir sıra zəruri obyektiv və subyektiv şərtləri formalaşdırmaq lazım idi. Bunun üçün ilk növbədə Azərbaycan güclənməli idi. Həm də bütün sahələrdə. Bu ali məqsədə nail ola bilmək üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınmalı, ölkə güclü iqtisadiyyata və güclü orduya sahib olmalıydı. Elə 1993-cü ildən bəri Azərbaycan dövlətinin bütün siyasəti də məhz buna istiqamətlənmişdi. 1994-cü ilin sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı. Məhz bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və bununla da ölkəmizin tarixində tamamilə yeni bir səhifə açıldı. Ölkəmiz öz iqtisadiyyatını gücləndirməyə, iqtisadi və siyasi müstəqilliyini sürətlə möhkəmləndirməyə başladı. Sonrakı illərdə Azərbaycanın dünyada siyasi nüfuzunun artırılması istiqamətində gərgin iş aparıldı. Xüsusilə son 17 il ərzində bu sahədə böyük uğurlara imza atıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə və bilavasitə şəxsi səyləri sayəsində Azəbaycan Qarabağ məsələsində haqlı olduğunu sonda bütün dünyaya qəbul etdirdi. Dövlət başçımızın şəxsi nüfuzu təmin etdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884 saylı), BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə də münaqişənin həlli üçün son dərəcə vacib olan hüquqi zəmin yaradıldı. Bütün bunlara paralel olaraq da Azərbaycanda ordu quruculuğu işi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir nömrəli prioritet kimi xüsusi diqqətə götürüldü. Möhtərəm dövlət başçımız 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Nəticədə güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan ən müasir və effektiv hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən hər zaman yalnız ən qabaqcıl meyilləri nəzərdən keçirir. Beləliklə də biz Vətən müharibəsində üstünlüyümüzü təmin etmiş bütün silah və texnologiyaları əldə edə bildik. Azərbaycan Ordusunun 3000 nəfərdən artıq şəxsi heyətinin iştirak etdiyi, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olunduğu Zəfər paradı da ölkəmizin həqiqətən də müasir və güclü orduya sahib olduğunu bütün dünyaya göstərdi.
Ermənistan son iki ildə Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla öz süqutunu yaxınlaşdırdı…
Bəli, biz bu günü 30 il gözlədik. Otuz il bizi inandırmağa çalışdılar ki, bu münaqişənin hərbi yolla həlli variantı mövcud deyil və yalnız danışıqlar yolu ilə nəyəsə nail olmaq olar. Lakin Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə biz bu yola əl atacağıq. Zaman yenə də dövlət başçımızın haqlı olduğunu sübut etdi. Əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalacaqsa, bu zaman münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz olur. Digər tərəfdən isə, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” kimi əsassız bəyanatlar verməklə Ermənistan rəhbərliyi faktiki olaraq öz niyyətini ortaya qoymuş oldu. Diqqətəlayiq haldır ki, bu ilin sentyabr ayında, müharibəyə 3 gün qalmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının kürsüsündən demişdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Təkcə bu il Ermənistan tərəfindən Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədilmişdi. Əvvəlcə iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və yeni ərazilərin işğalına cəhd edildi, daha sonra avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. Əlbəttə ki, bu cəhdlərin qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Nəhayət sentyabrın 27-də ermənilər bizim kəndlərimizi, hərbi mövqelərimizi artilleriya atəşinə məruz qoydular. Həm mülki şəxslər, həm də hərbçilər arasında itkilərimiz oldu. Artıq bundan sonra Ali Baş Komandan “İrəli, Azərbaycan əsgəri!” əmrini verdi. Növbəti 44 gün isə Azərbaycanın tarixinə ən şanlı səhifələr kimi qızıl hərflərlə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində istehkamlarla möhkəmləndirdiyi əraziləri cəmi 44 günə tamamilə azad etdi. “Dəmir yumruq” düşmənin belini qırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də isə Şuşa şəhərinin azad edilməsi ilə düşmən təslim olmağa məcbur qaldı.
44 gün ərzində mübarizəmiz həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə davam etdi…
Nəzərə almaq lazımdır ki, 44 gün davam edən Vətən müharibəsinin gedişi ərzində Ali Baş Komandan cənab İlham Əliyev eyni zamanda həm savaş meydanında ordumuzun apardığı hərbi əməliyyatlara rəhbərlik edir, həm də özü təkbaşına siyasi-diplomatik müstəvidə gərgin mübarizə aparırdı. Dünyada olan bir çox ermənipərəst qüvvələrin ölkəmizə təzyiqlərinin qarşısının alınması, dünyanın 35 ən aparıcı informasiya vasitələrinə verilən müsahibələrdə təxribat xarakterli sualların müəyyən edilərək onların məntiqli şəkildə cavablandırılması və əsil həqiqətlərin növbəti dəfə ört-basdır olunması cəhdlərinin puça çıxarılması, sonda hətta Fransa, ABŞ, Rusiya və erməni lobbisinin güclü təsirə malik olduğu digər ölkələrin KİV-lərində belə erməni vandalizminin qınanmasına nail olunması – bütün bunlar sözsüz ki, birmənalı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsən nail olduğu möhtəşəm nəticələrdir. Verdiyi müsahibələrində Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində döyüşür və işğalçıları öz torpaqlarından çıxarmaq uğrunda mücadilə aparır.
Həmin müsahibələrin gedişində bəzi qərəzli KİV nümayəndələri Azərbaycanı guya ki, xaricdən gətirilmiş muzdlu döyüşçüləri hərbi əməliyyatlara cəlb etməkdə, kassetli bombalardan istifadə etməkdə ittiham etməyə cəhd göstərmişdilər. Lakin möhtərəm dövlət başçımız onlara qəti şəkildə bəyan etmişdi ki, bütün bunlara dair heç kəsdə heç bir dəlil-sübut yoxdur və ola da bilməz. Əksinə, bizim əlimizdə Ermənistan tərəfindən döyüşlərdə Suriya, Livan və hətta Avropa ölkəsi olan Yunanıstandan gəlmiş muzdluların iştirak etmələrinə dair kifayət qədər dəlillər mövcuddur. Həmçinin Ermənistanın kasstli bombalarla təchiz olunmuş raketlərdən həm ordumuza, həm də dinc sakinlərə qarşı dəfələrlə istifadə etməsi faktı həm yerli, həm də xarici ekspertlər tərəfindən təsdiq olunmuşdur.
Qafqazda “Alban kilsəsi” məfhumunun məhv edilərək, “erməni kilsəsi” kimi qələmə verilməsi istiqamətində fəaliyyət məqsədyönlü və davamlı şəkildə aparılıb
Qeyd etməliyəm ki, hərbi əməliyyatların aparıldığı dövrdə Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələrdə həmçinin bəzi ermənipərəst KİV təmsilçilərinin Azərbaycanı guya ki, erməni-qriqorian məbədlərini dağıtmaqda ittiham etmək cəhdlərinin qarşısı da qətiyyətlə alınmışdı. Həqiqətdə isə, Qafqazda ümumiyyətlə heç zaman erməni-qriqorian məbədləri mövcud olmayıb. Bu gün ermənilərin öz adlarına çıxardıqları kilsələr də əslində qədim Alban xristian kilsələridir. Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir. Alban kilsələrini erməniləşdirmək cəhdi faktlarına bir çox tanınmış dünya tarixçilərinin elmi tədqiqatlarında da rast gəlinir. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsasən Rusiya Senatının təsdiq etdiyi 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə uyğun olaraq, Alban Həvvari kilsəsi erməni Qriqoryan kilsəsinin tabeliyinə verilir. Bununla da Alban kilsəsi müstəqilliyinə son qoyulur. Yeri gəlmişkən, Qədim Qafqaz tarixinin ən tanınmış tədqiqatçılarından olan görkəmli Rusiya tarixçisi, professor İlya Pavloviç Petruşevski (1898–1977) öz tədqiqatlarında faktlara istinadən tarix boyu ermənilər tərəfindən Albaniya ərazilərinin erməniləşdirilməsi, “Alban kilsəsi” məfhumunun məhv edilərək, “erməni kilsəsi” kimi qələmə verilməsi fəaliyyətinin məqsədyönlü və davamlı şəkildə aparıldığını, Qarabağda yerləşən tarixi abidələrin heç zaman erməni mədəniyyətinə mənsub olmadığını bildirir.
Avropa Türkəfob və İslamofob meyillərdən qurtulmalıdır…
Bu gün bəzi Avropa ölkələri Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığından, eləcə də Türkiyənin Cənubi Qafqazda mövqeylərinin getdikcə möhkəmlənməsindən, xüsusilə də Dağlıq Qarabağda əmin-amanlığın bərpa olunması prosesinə Rusiya sülhməramlıları ilə birlikdə Türkiyə hərbiçilərinin də nəzarət edəcəklərinə dair əldə olunmuş anlaşmadan yetərincə narahat olmaqdadırlar. Məhz bu səbəbdən də xüsusilə Fransa və Hollandiya parlamentlərində erməni lobbiçiləri tərəfindən maliyyələşdirilən bəzi qüvvələr həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürməklə öz hökumətlərini qanuna zidd hərəkətlərə təhrik etməyə çalışırlar. O cümlədən Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi bütün beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə birmənalı olaraq ziddir. Həmçinin bu sənədi qəbul etməklə Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmiş oldu. Eyni zamanda da erməni diasporunun və lobbisinin təsiri altına düşmüş Fransa Senatı bu addımı atmaqla Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyasına, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərə zidd hərəkətə yol verdi. Bir qədər sonra isə eyni cəhdlər Hollandiya senatında da müşahidə olundu. Əlbəttə ki, nəticə etibarı ilə bu sənədlər heç bir əhəmiyyət kəsb etməyən boş kağız parçasından başqa bir şey olmadı. Lakin bu hadisələr qeyd olunan Avropa dövlətlərinin öz ölklərində erməni lobbiçilərinin Türkəfob və İslamofob meyillərini qızışdırmaq üçün göstərdikləri səylərə nə qədər önəm verdiklərini üzə çıxarmış oldu.
Düşmənimiz məğlub, dostlarımız bəlli…
Bakıda keçirilmiş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirak etmələri, eləcə də
Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin bu möhtəşəm tədbirə qatılmaları xüsusi əhəmiyyət kəsb edən bir məqamdır. Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək verdiyini qəti və birmənalı olaraq bütün mdünyaya bəyan etdi. Bu barədə Ali Baş Komandan cənab İlham Əliyev Zəfər paradında etdiyi çıxışında belə demişdir: “Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bəri apardığı son dərəcə uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq qurum və təşkilatlarda aparıcı rol oynamaqdadır. Bütün dünyada Azərbaycanın dostlarının sayı durmadan artır. Lakin bu dostların sırasında qardaş Türkiyənin yeri əlbəttə ki, ayrı və xüsusilə önəmlidir. Bakıda keçirilmiş Zəfər paradı isə bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etmiş oldu.
Eldar Quliyev
Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Azərbaycan Kooperasiya Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ