Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 Okt 13:19Siyaset
“Nazirlər Kabinetinin atdığı addımlar hakimiyyəti gözdən salır və daxildəki qüvvələri fəallaşdırır”– İLGİNC AÇIQLAMA
“Füzulidə hava limanının açılmasından qürur duydum. Çünki 8-9 ay ərzində yüz minlərlə mina basdırılan ərazidə belə bir hava limanını tikmək və Türkiyə kimi böyük dövlətin rəhbərini orada qəbul etmək dövlətimizin böyük uğurudur”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov səsləndirib. O Azərbaycanda sanki iki hakimiyyətin fəaliyyət göstərdiyini əlavə edib: “Mənə bəzən elə gəlir ki, Azərbaycanda sanki iki hakimiyyət fəaliyyət göstərir. Bir hakimiyyət Prezident və onun ətrafında olan bir-iki nəfər, hansı ki Qarabağda çox böyük işlər görürlər. İkinci hakimyyət isə ölkə daxilində nazirlər, icra başçıları və sairə. Bunlar sanki zorla əhalini ölkədə üsyana səsləyirlər. Dünən Gəncədə şəhid anasının intihara cəhd göstərməsi bu ölkəni silkələyən bir haldır”.
Aslan İsmayılov əlavə edib ki, bu gün bəlkə də Azərbaycan üçün tarixdə ən çətin vaxtıdır: “Müsəlman bir dövlətin dünyaya meydan oxuyan erməni lobbisinin üzərində qələbə qazanması böyük güclərin həzm edə bilmədiyi bir hadisədir. Çünki onlar 30 il bizim başımızın altına yastıq qoyaraq, Azərbaycan ərazisində erməni dövləti qurmaq istəyirdilər. Buna nail olmadıqları üçün qələbəmizi həzm edə bilmirlər. İndi də 10-15 il öncəki korrupsiya faktlarını ortaya ataraq Azərbaycanı dünyada biyabır etməyə çalışırlar. Digər tərəfdən İran və Rusiya faktoru var. İranın açıq-aşkar düşmənçiliyini hər kəs yaxşı bilir. Elə Rusiya da, qələbəmizi ən azı İran qədər həzm etmir. Üstəlik bu illər ərzində vurulmuş “köhnə komanda” mövcuddur. Üçüncü bir güc mərkəzidir. Bir faktı qeyd etməklə hər şey aydın ola bilər. Həyatı boyunca bir-birinə düşmən olan Əli İnsanovla Ramiz Mehdiyev (Əli İnsanovun dili ilə) açıq-aşkar dostluq edirlər. Bunun altında nələrin dayandığını siyasətlə məşğul olanlar yaxşı bilirlər. Dördüncü qüvvə 30 ildir müxalifətçilik edən, hakimiyyətə gəlmək üçün nəyə desəz əl atmağa hazır olan, daxilən bütün əxlaqi mənəvi dəyərləri çürüyən bir qrupdur. Bunların atdığı addımları izlədikcə məndə elə təəssürat yaranır ki, sanki Nazirlər Kabineti həmin qüvvələrin əlinə oynayır. Zahirən görünən budur. Çünki Nazirlər Kabinetinin atdığı addımlar hakimiyyəti gözdən salır və həmin qüvvələrin fəallaşmasına bir şərait yaradır” – Aslan İsmayılov vurğulayıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi