Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Noy 13:51Siyaset
TÜRKSOY-un Baş katibi qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident. Zati-alinizi və Azərbaycan xalqını tarixi uğur - işğal altındakı torpaqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən azad edilməsi və ölkənizin suverenliyinin təmin olunması münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.
Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində noyabrın 10-dan etibarən davamlı atəşkəs elan edilməsi və bütün döyüşlərin dayandırılması ilə bağlı Sizin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladığı birgə bəyanatı böyük məmnunluq hissi ilə qarşıladıq.
Bu anlaşma nəticəsində döyüşlərin dayandırılması, məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlı qardaşlarımızın öz torpaqlarına yenidən qayıtması, təqribən 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarında sülh, əmin-amanlıq və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi.
Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
İnanıram ki, işğal dövründə dağıdılmış tarixi və mədəni mirasımız tezliklə yenidən əvvəlki vəziyyətinə qaytarılacaq, bütün türk aləminin mədəniyyət və incəsənət xadimlərinin səsləri Şuşadan, Cıdır düzündən dünyaya yayılacaq.
Bu tarixi zəfər münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bir daha təbrik edir, döyüşlərdə həlak olan qardaşlarımıza Allahdan rəhmət və yaralılara tezliklə şəfa tapmalarını diləyirəm".
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi