Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 May 15:29Siyaset
"Heydər Əliyevin əlindən tutub, dedim ki..." - Fəttah Heydərov Ulu Öndərlə bağlı xatirələrindən DANIŞDI
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Sonxeber.az-a istinadən Respublikaxeber.az Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər müstəqil Azərbaycanımızın əsasını qoyan, həyatında mühüm rol oynayan, əbədiyyətə qədər davam edəcəyini təmin edən bir şəxsdir:
"Bu gün Ulu Öndərin 96-cı ildönümüdür. Bu tarix, bu günkü müstəqil Azərbaycanımızın həyatında mühüm rol oynayan, əsasını qoyan, əbədiyyətə qədər davam edəcəyini təmin edən Ulu Öndər olub. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda və müxtəlif rayonlarında rəhbər vəzifələrdə işləmək mənə də nəsib olub. Müxtəlif nazirliklərin rəhbəri olmuşam. Heydər Əliyev həqiqətən də bu günkü müstəqilliyimizin əsasını o dövrlərdə qoyub".
Fətta Heydərov Heydər Əliyevlə bağlı əziz və xoş xatirələrinin saysız-hesabsız olduğunu qeyd edib:
"O çox ciddi, mehriban, qayğıkeş rəhbər idi. Heydər Əliyev rəhbər olmasına baxmayaraq, hər zaman səmimi insan olub. Görülən işləri hər zaman yüksək qiymətləndirib. Çox qorxmaz, cəsur, igir bir insan idi. Ən çox yadımda qalan xatirələrdən biri. Demək, o vaxt Naxçıvan blokada şəraitində idi. Heydər Əliyevlə birgə Sədərək kəndinə getdik. Orada gərgin döyüşlər gedirdi. Döyüşlər davam etdiyi vaxtda xalqla görüş keçirib, daha sonra birbaşa sərhədə getmək istədiyini bildirdi. Doğrusu, mən ehtiyat etdim, çəkindim. Sərhədə getmək qorxulu olduğunu söylədim. O, isə "sən getmirsənsə, getmə. Mən gedəcəyəm", -dedi. Bu sözdən sonra getməyə qərar verdim və getdik. Yolüstü müşahidə məntəqəsinə girib vəziyyətlə maraqlandıq. Sərhədin o biri tayında qəbirstanlıq var idi. Erməni əsgərlər məzar daşlarının arxasında gizlənib, silahları bizə tərəf tuşlamışdılar. Mənim qorxu hissim vardı. Bu mənzərəni görüb, Heydər Əliyevin əlindən tutdum və vəziyyəti izah edib tez getməyimizi xahiş etdim. Heydər Əliyev isə, ermənilər tərəfə baxıb dedi ki, "onlar bizə sılah ata bilməzlər. Bizi Allah qoruyur!". İndi hər zaman Naxçıvanda o tərəflərdən keçəndə bu xatirə yadıma düşür".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər