Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 May 14:22Siyaset
Azərbaycan Ermənistanı bir əməliyyatla məhv edər - SENSASİON AÇIQLAMA
Ukrayna öz ərazilərini hərbi yolla geri qaytarmağa hazır olmalıdır və düzgün dövlət yanaşması olarsa bir il ərzində ən azı Donbassdakı qoşun qruplaşmasını modernizə edib döyüş vəzifələrinin yerinə yetirilməsinə hazırlaya bilər.
Bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov "Obozrevatel" nəşrinə müsahibəsində deyib.
Jdanov qeyd edib ki, əslində ordu əraziləri geri qaytarmağa Minsk razılaşmasından dərhal sonra hazırlaşmalıydı. Çünki atəşkəs Ukraynanın xeyrinə deyil. "Həmin məqamdan başlayaraq ordunu bir döyüş əməliyyatları ilə Ukraynanın Rusiya ilə dövlət sərhədlərinə çıxarmağa yönəlmiş əməliyyatlara hazırlıq görmək lazım idi", - Jdanov vurğulayıb.
Ekspert qeyd edir ki, belə münaqişələrdə həmişə iki yol olur-siyasi yol və hərbi yol. Yaxud onların kombinasiyası-güc tətbiq etmə ilə danışıqlara məcbur etmə.
"Lakin istənilən halda prezident danışıqlar prosesinə çıxırsa və bilirsə ki, onun çiyinləri arxasında məsələni minimal itkilərlə həll edə bilən güclü ordu var, o zaman danışıqlar prosesi güc nöqteyi-nəzərindən gedir. Prezident başa düşür ki, üstünlük onun tərəfindədir və özünü daha inamlı hidd edir", - Oleq Jdanov bildirib.
Jdanov qeyd edib ki, əgər ordunu dağıdıb ruhdan salırlarsa danışıqlar prosesi çox çətin gedir. Qarşı tərəf daim hansısa şərtlər irəli sürür və onları qəbul etdirmək istəyir.
"Əgər Ukrayna beynəlxalq hüququn obyekti deyil, subyekti olursa və bizimlə kefi istəyən hər kəs manipulyasiya edirsə o zaman belə variantı doğrudan da nəzərdən keçirmək lazım idi. Məsələn, Azərbaycan. Onlar gündəmdə birinci məsələ kimi Dağlıq Qarabağda hərbi əməliyyatları qoyurlar. Onların ordusu o dərəcədə hazırlıqlıdır ki, bir döyüş əməliyyatı ilə bütün Ermənistanı yerlə bir edir. Bu da qüvvələr bölgüsünü dəyişir, onların danışıqlar prosesindəki mövqeyini dəyişir", - Oleq Jdanov bildirib.
Ekspert hesab edir ki, Ukrayna ordusu da ölkənin şərqində itirilmiş ərazilərini geri qaytarmağa hazır olmalıdır. "Onların onlarla planı olmalıdır. Və bir neçə təlimlər keçirmək lazım idi-komanda-qərargah təlimlərindən tutmuş real döyüş təlimlərinə qədər. Öz niyyətini nümayiş etdirmək lazımdır. Nə qədər ki, biz kolluqda gizlənib oturacağıq, heç kim bizimlə hesablaşmayacaq və məhəl qoymayacaq", - o bildirib. virtualorg

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi