Sorğu
Оцените работу движка

14 Sen 02:51Siyaset

Sahibə Qafarova TBMM-in sədri ilə telefon danışığı aparıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sentyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisdən Respublikaxəbər.az-a verilən məlumata görə, telefon danışığı zamanı TBMM sədri sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlanıb, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyini ifadə edib. O, Ermənistanın təxribatları nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı özünün və TBMM üzvlərinin adından Sahibə Qafarovaya və Azərbaycan xalqına başsağlığı verib.

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan tərəfindən törədilən təxribatlar haqqında həmkarına ətraflı məlumat verib. Spiker başsağlığına görə Mustafa Şentopa və TBMM üzvlərinə minnətdarlığını bildirib, xalqımızın hər zaman qardaş Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi