Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 İyl 17:44Siyaset
Deputat: “Prezidentin siyasəti xalqın rifahının yüksəlməsinə xidmət edir”
“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının xarici və daxili siyasətlə bağlı çıxışı bir çox məsələlərə aydınlıq gətirdi”.
Bunu Respublikaxəbər.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, dövlət başçısının xarici siyasətlə bağlı səsləndiridiyi fikirlərdə maraqlı mesajlar var idi: “Bu mesajlarda ABŞ-la xoş münasibətlər, Avropa İttifaqı ilə bu günə kimi görünməmiş səviyyədə olan strateji əlaqələr, Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərinin davamı və daha da möhkəmlənməsi, İranla yeni layihələrin icrası və digər məsələlər əksini tapıb. Bütün bu təhlillər son bir ildə dövlətimizin xarici siyasət kursunu tam şəkildə aydınlaşdırdı. Hazırda qarışıq dünya siyasətində beynəlxalq hüququn yenilənməyə ehtiyac duyduğu bir zamanda Azərbaycanın qurduğu “de-jure və de-facto” ittifaqlar, Türkiyə və bir sıra dövlətlərlə qurulan strateji ortaqlıq, bütün addımların birgə koordinasiyası mükəmməl və düşünülmüş şəkildə qurulub. Xarici siyasətdə doğru qərarların verilməsinin əsas səbəbi odur ki, Azərbaycan rəhbərliyi və komandası uzaqgörən və müdrik xarici siyasət biliyinə malikdir”.
Müşfiq Cəfərov qeyd edib ki, müşavirədə Ermənistana vacib mesajlar da ünvanlandı: “Bu Ermənistan hakimiyyətinin düşünməsi üçün bir növ çağırış idi. Qafqazda sülhə nə mane olur? Ermənistanı blokada da saxlayan amil nədir? Bütün bu sualların cavabı ölkə başçısının nitqində əks olundu. Ermənistan rəhbərliyi artıq bunu anlamalıdır. Əgər İrəvanın iqtisadi və siyasi “dalandan” çıxmasını, Qərbə inteqrasiyasını istəyirlərsə, bunun coğrafi, iqtisadi, siyasi yolu Türkiyə və Azərbaycandan keçir. Ali Baş Komandanın çıxışından bu nəticə hasil olur ki, Avropa İttifaqı, ümumən Qərb regionda sülhə daha maraqlı və daha istəklidir. Hər iki ölkəyə böyük maddi yardımın ayrılacağı ilə bağlı vədlər, son günlər hər iki ölkəyə Qərbdən yüksək səviyyəli rəsmilərin səfərləri bunu bir daha sübut edir. Hazırda Azərbaycanın bu məsələdə atdığı bütün addımlar doğrudur”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycan xalqının rifahının yüksəlməsinə, ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə və dövlətimizin daha da güclənməsinə xidmət edir.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi