Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 İyl 15:14Siyaset
Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Respublikaxəbər.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov icraçı direktoru salamlayıb və Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib.
Nazir, hazırkı dövrdə regional əməkdaşlıq formatlarının əhəmiyyətinin ön plana çıxdığını söyləyib. Bu xüsusda, Azərbaycanın da iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatları, o cümlədən bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin konfransı qeyd edilib.
Nəqliyyat bağlantı mövzusunun, eləcə də Şərq-Qərb Orta dəhlizin inkişafının önəm kəsb etdiyi vurğulanıb.
İcraçı direktor Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər maraqlı olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçirilən görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə ediıməsi baxımından faydalı olduğunu ifadə edib. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib. Nəqliyyat bağlantı mövzusunun AQEM üçün hazırda ən aktual məsələlərdən biri olduğunu söyləyən K. Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.
Görüşdə tərəflər, AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, qarşıdan gələn Zirvə görüşünə hazırlıq, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi