Sorğu
Оцените работу движка

05 Apr 14:38Siyaset

Ramiz Mehdiyevin sabiq köməkçisi AMEA-da vəzifəsini itirdi

Ramiz Mehdiyevin sabiq köməkçisi AMEA-da vəzifəsini itirdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov tutduğu vəzifədən azad edilib.

Respublikaxeber.az Lent.az-a istinadən xəbər verir ki, Eldar Əmirov Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda işə götürülüb.

Qeyd edək ki, Eldar Əmirov həm də AMEA-nın prezidenti Ramiz Mehdiyevin qeyri-rəsmi köməkçisi vəzifəsini tutub. Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan getmək üçün istefa ərizəsi yazdıqdan sonra Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılmışdı.

Məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alan Eldar Əmirov bir neçə gün əvvəl azadlığa çıxıb.

Onu da qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də Ramiz Mehdiyevin köməkçisi olub.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi