Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Mar 11:27Siyaset
Bakıda mənzillər niyə bu qədər bahadır? - SENSASİON FAKTLAR
Qəribə mənzərədir. Yerindən duran ekspert olub. Hər kəs fikir yürüdür, hökm verir və ictimai fikrə təsir etmək istəyir. O gün həmin ekspertlərin biri deyir ki, “Bakıda mənzillərin qiymətinin yüksək olmasının səbəbi tələbin yüksək, təklifin az olmasıdır”. Özümü pis ifadə işlətməkdən güclə saxladım. Əsəblərim sakitləşəndən sonra da bu yazını yazmağa başladım. Və həmin ekspertə bəri başdan demək istəyirəm ki, tələb-təklif normal bazar münasibətləri şəraitində olur. Bizim isə normal bazar münasibətləri şəraitində yaşadığımızı demək sadəcə ağılsızlıqdır. Bizdə təklifi ancaq məmurlar edir, iş adamları yox. Məsələn, bu gün bazarda kibritdən tutmuş avtomobilə qədər hər bir məhsulun qiymətini Səfər Mehdiyevin kontoru müəyyən edir. Sahibkarın hansısa məhsulu, lap elə deyək ki, bananı Azərbaycana neçəyə gətirdiyi əsas deyil. Əsas odur ki, DGK bananı neçəyə “oformut” edir. Və pərakəndə satış məntəqələrində də bananın satış qiyməti də gömrük məmurunun istəyindən asılıdır. O cümlədən də, mənzillər də…
Respublikaxeber.az KONKRET.az-a istinadən məlumat verir ki, bu gün Azərbaycanda mənzil inşaatı monopoliyadadır. Bu sahə barmaqla sayılacaq şirkətlərin əlində toplanıb. Hazırda Bakıda da, Sumqayıtda da, Gəncədə də və hətta Qazaxda da çoxmənzilli binaları məlum şirkətlər tikir. Və mənzil qiymətini də həmin şirkətlər müəyyənləşdirir. Adi bir faktı deyim. Hazırda Binəqədi, Sabunçu, Suraxanı, Xətai və hətta Səbail rayonunda 3 otaqlı fərdi yaşayış evinin kvadratı 500-600 manat arasında dəyişir. Di gəl ki, həmin ərazilərdə çoxmərtəbəli binalarda mənzilin bir kvadratmetri 1500-2000 manat arasındadır. Göründüyü kimi, normal həyət-bacası və bütün kommunal şəraiti olan 3 otaqlı mənzil, 4 divardan ibarət və normal kommunal xidməti olmayan çoxmərtəbəli binadakı mənzildən 3-4 dəfə ucuz qiymətə təklif olunur. Bax tələb-təklif prinsiplərinə fərdi evlərin satışında rast gəlirik, amma çoxmərtəbəli binalarda bu prinsipdən danışmağa dəyməz.
Bəs çoxmərtəbəli binalarda qiymətlər niyə bu qədər bahadır?
Birincisi ona görə ki, belə binaların inşası yuxarıda dediyimiz kimi monopoliyadadır. Bu monopolistlər imkan vermir ki, qiymətlər reallığa uyğun olsun.
İkincisi, çoxmərtəbəli binalarda mülk alıb saxlamaq imkanlı şəxslər üçün daha rahatdır. Amma həyət evini içində yaşamadan saxlamaq imkan sahiblərinə sərf eləmir. Burada cari xərclər daha çoxdur. Ona görə də, bütün imkanlı şəxslər kapitalını bu binalara yatırırlar. İndi nəinki bütöv mərtəbəni, hətta bütöv bloku almaq adi hal alıb. Üstəlik, çox sayda mənzil almaq o qədər də diqqət cəlb eləmir. Məmurlar bu yolla mülklərini və kapitallarını asanlıqla gizlədə bilirlər. Üstəlik həmin mənzilləri icarəyə verməklə külli miqdarda qazanc götürürlər. Lakin hansısa həyət evini alan adamın çox qısa zamanda kimliyi bilinir. Bunu da hər məmur istəmir. Üstəlik həyət evi alıb onu 500-700 manata icarəyə vermək də o qədər cazib deyil…
Üçüncüsü, Bakıda və mərkəzi şəhərlərdə mənzillərin inzibati yolla qiymətlərin qaldırılması əhalinin buraya axınının qarşısını almaq ideyasına xidmət edir. Çünki bu gün ölkə iqtisadiyyatının 80-90 faizi Abşeron yarımadasında formalaşıb. Deməli, normal iş yerləri də, məhz Abşeron yarımadasındadır. Regionlardakı işsiz əhali də məcburdur ki, normal əməkhaqqı üçün Abşerona üz tutsun. Məhz bu axının qarşısını almaq üçün süni şəkildə Abşeron yarımadasında çoxmərtəbəli binalarda mənzillərin qiyməti qaldırılır.
Xatırladım ki, 2007-ci ilə qədər Bakının mərkəzi hissəsində çoxmərtəbəli binalarda mənzilin bir kvadratmetri 400-500 manat arasında dəyişirdi. Məhz həmin ilin aprelində xəbər yayıldı ki, ABŞ və onun müttəfiqləri İrana hücum edəcək. Və bu xəbərdən sonra iranlıların Azərbaycana, xüsusilə də, Bakıya böyük axını başladı. Cənublu qonşularımız kütləvi şəkildə mənzillər almağa başladı.
Bu və yuxarıda dediyim regiondan olan axının qarşısını almaq üçün bəzi qurumlar inzibati yola əl atdılar. Bütün MTK rəhbərlərinə qeyri-rəsmi göstəriş verildi ki, mənzillərin bir kvadratmetri 1000 manatdan yuxarı satılsın. Həmin inzibati qayda o zaman mənzil tikintisinə çox ciddi ziyan vurdu və “təsadüfi” adamlar bu bazardan sıxışdırılıb çıxarıldı. Və mənzil tikintisi keçdi 5-10 şirkətin nəzarətinə.
Fikrimin sübutu üçün bir faktı deyəcəm. 2008-ci ildə Rusiyada yaşayan bir tanışım məndən xahiş etdi ki, ona mənzil almaqda bələdçi olum. Mən də tanıdığım MTK rəhbərlərinin birinə zəng etdim. Qardaş sevincək dedi ki, ”ay sağ olmuş, mənzil alan var?! Göndər gəlsin…” Nə isə tanışım mənzil aldı. Amma mənə bir maraqlı söhbət etdi. Dedi ki, ”mənzili elan olunduğundan 40 faiz ucuz aldım. Amma MTK rəhbəri mənə dönə-dönə dedi ki, ”belə ucuz mənzil aldığını heç kimə demə, yoxsa dünyanı mənə dar edərlər. Denən ki, elanda olan qiymətə aldım”. Sonra həmin MTK rəhbəri bir çoxları kimi Azərbaycandan qaçdı, hazırda Volqaqradda ev tikir. Yəni deməyim odur ki, bizdə çoxmərtəbəli mənzillərin qiyməti inzibati yolla müəyyən edilir, tələb-təkliflə yox. Ona görə də Bakıda mənzillərin qiyməti Avropa qiymətləri ilə eynidir. Keçmiş SSRİ-də yalnız Moskvadakı qiymətlər Bakıdakı qiymətləri qabaqlayır. Vəssalam…
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ