Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Mar 15:56Siyaset
“Çay evində əsəbiləşib polisə xəsarət yetirdim” - Eldəniz Səlimov
Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimovun məhkəmədə verdiyi ifadəsi məlum olub.
Respublikaxeber.az report-a istinadən xəbər verir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dindirilən zaman deyib ki, baş vermiş hadisə ilə bağlı böyük peşmanlıq hissləri keçirir.
O bildirib ki, zərərçəkmiş, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin atasına zəng etməklə onu çay evinə yerinə dəvət ediblər:
“Hadisədən əvvəl – 2021-ci ilin iyul ayının 6-da Xaçmazda idim. Həmin gün saat 22 radələrində keçmiş iş yoldaşımla birlikdə “Starıy Dvor” adlanan çay evinə getdik, saat 00:00-dan az əvvəl isə oranı tərk etdik. Bundan təxminən 15-20 dəqiqə sonra həmin çay evini işlədən qohumum mobil telefonuma zəng etdi. Dedi ki, 2 nəfər mülki geyimli şəxs obyektə gəlib. Qohumumun sözlərinə görə, həmin şəxslər deyiblər ki, çay evi saat 00:00-dan sonra fəaliyyət göstərdiyi üçün videoya çəkiblər və bu zaman mən də orada olmuşam. Mən isə yenidən çay evinə qayıtmadım. Bir qədər sonra qohumum zəng edib, gələn şəxslərin polis əməkdaşları olduqlarını və atası Çingiz Əfəndiyevin məsələni həll etdiyini və həqiqətən mənim şəkilimin çəkildiyi barədə məlumat verdi.
İyulun 28-də saat 15 radələrində Xaçmaz rayonunda yerləşən “Sonalı göl” restoranına getdim. Orada tanışlarımla yemək yeyib, təxminən 700 qram araq içdik. Axşam saat 23 radələrində “Starıy Dvor”a getdik və orada pivə və çay sifariş etdik. Obyektdə olarkən iyul ayının əvvəlində polislərin “Starıy Dvor”a gəlməsi, məni icazəsiz videoya çəkməsi barədə hadisə yadıma düşdü. Sonra həmin polisi çağırıb məsələni aydınlaşdırmağı qərara aldım. Tanışım polis əməkdaşı Zaurun atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun biz olduğumuz obyektə gəlməsini xahiş etdi. Təxminən 10-15 dəqiqədən sonra, yəni gecə saat 1-ə qalmış zərərçəkmiş bizim yanımıza gəldi və sağ tərəfimdə əyləşdi. Zaurdan məni tanıyıb-tanımadığını, kiməsə pislik etməyimi eşidib-eşitmədiyini soruşdum. Sonra isə əsəblərimə sahib çıxa bilmədiyimə görə araşdırılan hadisə baş verdi və Zaura yüngül xəsarət yetirdim. Bu zaman ətrafda başqa müştərilər yox idi”.
E.Səlimov deyib ki, hadisə baş verən vaxt məzuniyyətdə olub: “Hazırda törətdiyim əməldən peşmanam”.
Qeyd edək ki, E.Səlimovun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib./report/
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ