Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Fev 14:24Siyaset
Yeni dəhliz açılır, Laçın şəhəri tezliklə Azərbaycana qaytarılır
Bu günlərdə erməni telegram-kanallarından birində Laçın dəhlizinin Şuşa və Laçın şəhərlərindən aralı keçən yeni marşrutunun xəritəsi yayılmışdı. Bildirilirdi ki, yeni marşrutla yol tikintisi davam edir.
Respublikaxeber.az xəbər verir ki, virtualaz.org qeyd edir ki, əslində dəhlizin yeni marşrutu təəcüb doğurmamalı idi. Çünki 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birində bu haqda danışılır. Orada deyilirdi ki, üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Dağlıq Qarabağı birləşdirən, Laçın və Şuşa şəhərlərindən yan keçən yeni dəhlizin marşrutu müəyyyən edilməli, yeni yolun çəkilməsi həyata keçirilməli, Rusiya sülhməramlı qüvvələri dəhlizin yeni marşrutu üzrə yerdəyişmə həyata keçirməli və nəhayət Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
Qeyd edək ki, hazırda Ermənistanla Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərini birləşdirən yol, yəni Laçın dəhlizi Laçın şəhərindən və Şuşanın bilavasitə yaxınlığından keçir. Dəhlizin yeni marşrutu və bu marşrut boyu yeni yol tikintisi barədə praktiki olaraq ictimaiyyətə məlumat verilmirdi, amma ötən ilin yazında belə xəbərlər yayıldı ki, Avtomobil Yolları Dövlət Agentliyi artıq Laçın şəhərindən yan keçən yeni yolun tikintisinə başlayıb.
İndi dəhlizin yeni marşrutunun xəritəsinin yayılmasından sonra “Azadlıq” radiosunun erməni xidməti məsələni araşdırmağa çalışıb. Və Şuşa inzibati rayonunun tərkibinə daxil olan Kiçik Qaladərəsi (sovet dövründə bu kənd Kirov adlanırdı, ermənilər isə ona “Xin Şen” adı veriblər, - red.) kəndinin qondarma “erməni icmasının” (hazırda bu kənddə 50-60 erməni ailəsinin yaşadığı məlumdur, - red.) rəhbəri Samvel Sarqsyana zəng vurub.
“Artıq səkkiz aydır işləyirlər. Siz harda yatmısız?”, - Sarqsyan yeni yolun tikintisi ilə maraqlanan jurnalistə belə cavab verib.
“Yolun bir hissəsini kəndin örüş yerlərindən keçirmək istəyirdilər, biz şikayət etdik, işləri dayandırdılar, yeni xəritə tapdılar, indi təsdiq edib gətirməlidirlər”,-Sarqsyan belə deyib.
Böyük Qaladərəsi kəndinin “icma rəhbəri” David Davtyan da təsdiq edib ki, azərbaycanlılar indi yol tikintisində fəal işləyirlər. “İşlərə çoxdan başlayıblar, arada dayandılar. Bilmirəm nə ilə əlaqəli idi, təxminən bir ay işləmədilər. İndi işlər yenidən başlayıb”, - o deyib. Onun sözlərinə görə yeni yolun marşrutu belədir: İrəvandan Xankəndinə getmək üçün Zəngəzurun Tex kəndindən əvvəlki kimi Laçın şəhərinə yox, Kornidzor kəndinə dönmək lazımdır. Oradan isə yol Azərbaycan ərazisinə daxil olacaq, Qayğı qəsəbəsinin yaxınlığında, Həkəri çayının üstündən salınan yeni körpüdən keçərək Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə istiqamətlənəcək, Turşsu meşələrindən keçməklə Kərkicahan istiqamətindən Xankəndinə daxil olacaq.
Həkəri çayı üzərində yeni körpü tikilir
Yolun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi istiqamətindən keçən hissəsini də Azərbaycan inşaatçıları tikəcək. Həmin kəndlər Azərbaycan ordusunun mövqelərinin əhatəsindədir. Bildirilir ki, Rusiya sülhməramlıları bu kəndlərdə yaşayan ermənilərə yol tikintisində işləyənlərə mane olmamağı tapşırıb.
Xatırladaq ki, prezident İlham Əliyev Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması və Laçın dəhlizinin yeni marşrutunun müəyyən edilməsi haqda çıxışlarında danışıb.
“İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik...”, - İlham Əliyev çıxışlarından birində demişdi.
Prezident bildirmişdi ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq: “Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ