Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Yan 09:34Siyaset
“Bu gün fərman verən sabah can verir…”
Eldar Həsənov ətrafında qızğın müzakirə: o siyasi məhbus sayıla bilərmi?
“Azərbaycan dilində bir deyim var – “suyu da üfürə-üfürə içmək”. Bəli, mən 20 illik səfir fəaliyyətim dövründə də suyu üfürə-üfürə içmişəm. Çünki fəaliyyətimə daimi olaraq lupa ilə nəzarət olunurdu. Bununla yanaşı, fasilələrlə barəmdə yalanlar, böhtanlar, uydurmalar tirajlandı. Bu gün mənə verilən qondarma ittihamlar bir bəhanədir. Allah rəhmət etsin dahi Bəxtiyar Vahabzadəyə! Onun dediyi kimi:
“Talehim daş atdı, başımı yardı,
Buna daş neyləsin, daş bəhanədir”.
Respublikaxeber.az xəbər verir ki, Bu ifadə Azərbaycanın sabiq Baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun məhkəmədəki son sözündən götürülüb. Ötən cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsi onu 10 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş səfir məhkəmədə hökmdən əvvəl geniş son söz söyləyib və hakimlərdən barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. O, hakimiyyət və dövlət qarşısında xidmətlərini sadalayıb, sifarişlə həbs edildiyini vurğulayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və hakimlər onu təqsirkar sayıblar.
İttihamda yazılıb ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə dair əsaslı şübhələr var.
Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Eldar Həsənovun məhkəmə prosesi üzrə mediada gedən məlumatlardan onun ittiham edildiyi cinayət əməlləri üzrə təqsirinin tam sübuta yetirilməsi təsdiq olunmur: “Bu baxımdan belə hesab edirəm ki, onun barəsində çıxarılan məhkəmə hökmünün qanuniliyi və ədalətliliyi daxili hüquqi müdafiə vasitələrində və Avropa Məhkəməsində mühahisələndirilə bilər. Eyni zamanda, nəzəri baxımdan hesab etsək ki, onun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsiri sübut olunub, bu halda da ona 10 azadlıqdan məhrumetmə cəzasının verilməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, onun ittiham olunduğu maddələrdən yalnız birində – CM-nin 193-1.3.2.-ci maddəsində yüksək cəza – 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə olan halda onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ədalətsizdir. Çünki bu adamın dövlət qarşısında xidmətləri olub, uzun müddət ölkənin Baş prokuroru, səfir kimi fəaliyyətləri olub, yəqin ki, müəyyən müsbət təltifləri olub və s. Bunlarla yanaşı onun sağlamlığında ciddi problemlər var. Məhkəmə heç olmasa, bunları nəzərə alıb ona nisbətən yüngül cəza təyin edə bilərdi. Bütün bunlarla yanaşı, eyni xarakterli əməllərə görə digər şəxslərə daha yüngül cəza təyin edilirsə və həmin şəxslər bir müddətdən sonra hansısa səbəblərdən azadlığa çıxırlarsa, əvəzində Eldar Həsənov nisbətən daha ağır cəza ilə cəlalandırılısa, bu, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir”.
Hökmdən sonra Eldar Həsənovun siyasi məhbus hesab edilib-edilməməsi ilə bağlı cəmiyyətdə ziddiyyətli fikirlər var. Bir qrup ictimai fəal hesab edir ki, o, heç bir halda siyasi məhbus hesab edilə bilməz. Onlar E.Həsənovun Baş prokuror olduğu 1995-2000-ci illərdə müxalifətə, mətbuata, ictimai fəallara qarşı həyata keçirilən repressiyaları yada salırlar. Həsənov hakimiyyətin təqib-təzyiq siyasətinin mərkəzi fiquru olub, onun karyerasında saysız hesabsız qanunsuz, əsassız, siyasi sifarişlə irəli sürülmüş ittihamnamələr var ki, bununla yüzlərlə siyasi fəalın həyatı alt-üst edilib.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Pressklub.az-a bildirib ki, Eldar Həsənov siyasi məhbus deyil, çünki siyasi məhbus meyarlarına cavab vermir: “Bütün məhkəmələrdə olduğu kimi, onun məhkəmə prosesində də pozuntular olub. Onun pozulan haqlarını yəqin ki, Avropa Məhkəməsi tanıyacaq. Amma mən bu pozuntuların siyasi motivli olduğunu düşünmürəm. Hesab edirəm ki, bunlar Azərbaycan məhkəmə sisteminin xarakterik problemlərindən irəli gəlib. Yəni bütün məhbuslara qarşı yol verilən pozuntular Eldar Həsənova qarşı da olub. Həsənova qarşı irəli sürülən ittihamlarda onun qanunsuz ödənişlər etdiyi bildirilir və keçmiş Baş prokurorun cavabı bundan ibarətdir ki, “tapşırdılar, elədim”. Bu, onu cinayət məsuliyyətindən azad etmir. Düşünürəm ki, ona qarşı günahsız olduğu halda ittihamlar irəli sürülməyib”.
Araşdırmaçı jurnalist qeyd edir ki, E.Həsənovun ayrı-seçkiliyə məruz qalması, barəsində həddindən artıq ağır cəza kəsilməsi barədə deyilənlər də mübahisəli məsələdir: “Başqa məmurlar da var ki, ona qarşı daha ciddi ittihamlar olduğu halda yüngül cəzalar kəsilib. Amma minlərlə başqa vətəndaşlar da var ki, onlara qarşı daha yüngül cinayət tərkibli əməllərə rəğmən ağır cəzalar verilib. Yəni burada pozitiv diskriminasiyaya məruz qalanlar başqa məmurlardır, Eldar Həsənov deyil. O, günahsız deyil, burada cəzasının ağır və ya yüngül olması ilə bağlı arqument işləmir. Çünki bu, ədalətli arqument deyil. Ona görə də düşünmürəm ki, E.Həsənovu siyasi məhbus hesab edə bilərik. Onun indiyə kimi həbs olunmamasında siyasi motiv ola bilər, bu, məsələyə hansı tərəfdən baxmağımızdan asılır. Məncə, Həsənovun indiyə kimi həbs olunmamasının özü qanunsuzdur”.
Xədicə İsmayıl vurğulayıb ki, E.Həsənovun siyasi məhbus adına iddialı olması da qəribədir: “Bu işin mənəvi tərəfinə gəldikdə, E.Həsənov cəzasını vaxtı ilə ölüm hökmü verilməsinə çalışdığı və nail olduğu adamların ömürlük cəza çəkdiyi Qobustan həbsxanasında çəkməyəcək. O adamlar hələ də sağdır, artıq neçə onillikdir həbsdədirlər. Yaxşı olardı ki, E.Həsənovu həmin cinayətlərə görə də mühakimə eləsinlər. O adamların işində hələ də ədalət gözlənmir, onlardan 3 nəfərin adı siyasi məhbus siyahısındadır. Həmin şəxslər ömürlərinin sonuna qədər cəzanı çəkməli olacaqlar və onlara bu cəza E. Həsənovun Baş prokuror olduğu dövrdə verilib. Bu, indi yadımıza düşən ən ağır ittihamlardan biridir. Kim bilir, yüzlərlə belə insan olub ki, E.Həsənovun günahı, qərəzi, hakim rejimə xidməti ucbatından indi həbsdədir. Onun siyasi məhbusluq barədə danışması ayıbdır. Özü siyasi motivlərlə nə qədər ittihamlar irəli sürüb…”
“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmsədri Rüfət Səfərov isə Pressklub.az-a bildirib ki, Eldar Həsənovun həbs edildiyi gündən etibarən onun işini nəzarətdə saxlayırlar: “Məhkəmədə birbaşa iştirak etməyə imkan verilməsə də, müdafiəçilər və azad media vasitəsilə baş verənlər barədə əhəmiyyətli məlumatlar toplaya bildik. Qənaətimiz budur ki, ibtidai istintaqda olduğu kimi məhkəmə araşdırması da tam, obyektiv və hərtərəfli aparılmadı, işin ədalətli həlli baxımından müdafiəçilərin verdikləri haqlı vəsatətlərin heç biri təmin edilmədi. Paralel olaraq, təqsirləndirilən şəxs Eldar Həsənovun səhhətinin son dərəcə ağır olmasına, məhkəmə iclaslarına xərəkdə aparılıb-gətirlməsinə baxmayaraq, mühakimə davam etdirildi”.
Hüquq müdafiəçisi əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun müraciəti üzrə müvəqqəti tədbir haqqında 3 qərar qəbul etsə də (Eldar Həsənova bütün zəruri, yüksək ixtisaslı , o cümlədən stasionar qaydada tibbi yardım göstərillməsi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsi) Azərbaycan tərəfi buna məhəl qoymayıb: “Eldar Həsənovun barəsində ittiham hökmü çıxarıldıqdan sonra hüquq müdafiəçi olaraq onun siyasi yüklü cinayət təqibinə məruz qaldığını, siyasi məhbus olduğunu bəyan etdim, buna görə Həsənovun Baş prokuror kimi fəaliyyət göstərdiyi dövrdə çoxsaylı qanunsuzluqlarından əziyyət çəkən insanlar, ümumiyyətlə, böyük əksəriyyət məni qınadı. Şübhəsiz, o fikrə ortaqlıq edirəm ki, Həsənov hüquq mühafizə orqanlarında işlədiyi dövrdə repressiv rejimin qulluğunda olub, siyasi yüklü ittihamların müəllifi olub. Lakin məsələ budur ki, bu gün o, həmin dövrdə qeydə alınmış qanunazidd hallar üzrə deyil, səfir kimi işlədiyi yerlərdə guya korrupsiya cinayətləri üzrə mühakimə olunur. Sual olunur, onunla birlikdə mühakimə olunan Fərhad Mollazadə və digərlərinin barəsində ibtidai istintaq dövründə həbslə əlaqədar olmayan qətimkan tədbir seçilir, şərti qaydada məhkum olunur, amma Həsənov həbsdə qalır, 10 il müddətinə azadlıqdan məhrum edilir? Bir halda ki, cinayətin obyekti, obyektiv və subyektiv cəhəti eyniyyət təşkil edilir, niyə Mollazadə və digərləri bu gün cəmiyyət arasındadır, amma Həsənov təcrid olunub? Bu kimi suallar çoxdur”.
R,Səfərov qeyd edib ki, “Müdafiə Xətti” olaraq problemə siyasi-strateji yox, cari-hüquqi müstəvidə baxır, AŞPA-nın siyasi məhbus anlayışı ilə bağlı müəyyən etdiyi meyarlara istinad edirlər: “Eldar Həsənov deyir ki, “həbs olunduqadan sonra yanıma gəldilər, bildirdilər ki, bəzi müxalifətçilər barədə ifadə ver, səni azadlığa buraxaq”. Təkcə bu fakt kifayət edir ki, Həsənovun məruz qaldığı cinayət təqibinin siyasi olduğunu deyək”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ