Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Yan 13:06Siyaset
İradə Gülməmmədovadan sonra növbə KİMİNDİR?
Yanvarın 19-da İradə Gülməmmədova Abşeronun icra başçısı vəzifəsindən azad edildi. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik etmiş Abdin Fərzəliyev vəzifəsindən azad olunaraq Abşerona başçı təyin olundu.
Dəfələrlə qalmaqallı xəbərlərlə medianın gündəminə gələn Gülməmmədovanın işdən çıxarılması icra başçıları postunda təmizləmələrin bu il də davam etdiriləcəyinin anonsu kimi qiymətləndirildi. Eyni zamanda, xanım məmurun vəzifəsindən kənarlaşdırılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı. Vətəndaşların tənqidlərindən belə qənaətə gəlmək olar ki, İ.Gülməmmədovaya yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovdan da narazılıq edənlərin sayı az deyil. Ehtimal olunur ki, növbəti mərhələdə onun barəsində ciddi tədbirlər görülə bilər.
Respublikaxeber.az xəbər verir ki, məsələ ilə əlaqədar Modern.az-a danışan deputat Fazil Mustafa Abşerona kifayət qədər təcrübəli icra başçısının təyin edildiyini söyləyib:
“Bir icra başçısının uzun müddət eyni ərazidə işləməsi düzgün deyil. Müəyyən müddət işlədikdən sonra icra başçılarının dəyişdirilməsi məqsəduyğundur. Ümid edirəm, bu məsələ haqqında ənənə formalaşacaq.
Ümumilikdə, icra başçıları ilə bələdiyyələr arasında münasibətlərin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Bizdə yeni idarəetmə yaradıldı – xüsusi nümayəndələrdən söhbət gedir. Bu model icra başçılarının səlahiyyətlərini Qarabağda yerinə yetirən sistemdir. Burada müəyyən anlaşılmazlıq və idarəetmə ziddiyyətləri var. Bunu çözmək lazımdır”.
Fazil Mustafa hesab edir ki, diqqəti daha çox bələdiyyələrə yönəltmək lazımdır:
“Bələdiyyələrin icra hakimiyyətlərindən asılılığı məsələsinə baxmalıyıq. Həmçinin, rayonların bir neçəsinə qadın icra başçılarının təyin edilməsi ənənəsi davam etdirilsə, yaxşı olardı. Abşerondan çıxarılan qadın icra başçısı idi. Qadınların idarəetmədə rolu azdır və artırılmasına ehtiyac var. İcra başçılarının qadın müavinləri var və onların içərisində kifayət qədər təcrübəlilər yer alıb. Onların aktiv idarəçiliyə cəlb olunması vacibdir”.
Zakir Fərəcovla bağlı deyilənlərə gəlincə, deputat hesab edir ki, icra başçıları təyin edilərkən yaş və ya təcrübə xüsusi rol oynamır. Əsas məsələ icra başçılarının vətəndaşla davranışıdır:
“İnsanlara əziyyət verən icra başçıları ilə bağlı məsələlərə daha tez müdaxilə etmək lazımdır. Hər hansı bir bölgədə normal sahibkarlıq mühiti məhv edilirsə, burada icra başçısının fəaliyyətinə baxmaq lazımdır.
Düşünürəm ki, müəyyən rayonlarda icra başçıları bu vəzifəyə layiq deyillər. Söhbət təkcə əvvəldən təyin edilən icra başçılarından getmir. Yeni təyin olunmuş bəzi icra başçıları ilə bağlı da oxşar vəziyyət var. Hətta həbs olunan icra başçıları içərisində hörməti olanları tanıyıram. Məsələn, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun vətəndaşlarla münasibətində mənfi bir şey eşitməmişəm. Salyan, Şirvan, Suraxanının icra başçılarının da bu gün nümunəvi başçılar arasında adları çəkilir. Bu nümunələrlə bərabər yaxşı işləyə bilmədiyi qeyd edilən icra başçıları da kifayət qədərdir. Bu baxımdan idarəetmə sistemində elə dəyişikliklər etmək lazımdır ki, başçıların həm iş görmək imkanı olsun, həm də məsuliyyətini daha yaxşı hiss etsinlər. İcra hakimiyyətlərinin də, bələdiyyələrin də səlahiyyəti dəqiqləşdirilməlidir ki, qanun pozuntusu olanda konkret kimin yaxasından yapışmaq lazımdır bilinsin”.
Deputat Razi Nurullayev isə yaşlı icra başçılarının gənclərlə əvəz olunmasının effektivliyinə birmənalı yanaşmadığını vurğulayıb. O hesab edir ki, Azərbaycanda “gənc nəsil yaxşı işləyir, yaşlı nəsil pis işləyir” yanaşması özünü doğrultmadı:
“Hətta mən deyərdim ki, bu gün gənc nəsil yaşlılara rəhmət oxutdurur. Ona görə kadr islahatlarının bu tərzdə getməsindən razı deyiləm. Düşünmürəm ki, bu gün gənc nəslin irəli çəkilməsi, yeni icra başçılarının qoyulması bizə köhnələrin yaxşı işləmədiyini, yenilərin daha yaxşı olduğunu sübut etdi. Bunu görə bilmədim.
Söhbət gənc nəsildən və ya yaşlı nəsildən getmir. Yaxşı işləyən icra başçısı və pis işləyən var. Yaşın bu məsələyə dəxli yoxdur. Gəncləşmə bir növ kampaniyaya çevrildi və Azərbaycanın zərərinə işlədi. Bu gün deyə bilərəm ki, yeni vəzifəyə təyin olunanların gördüyü işlər əksərən nəticəsizdir”.
Deputatın fikrincə, kadrların yaxşı işləməsi üçün onlara sərbəstlik verilməlidir:
“Hər bir şəxsin yaradıcılığını, potensialını ortaya qoyması üçün imkan olmalıdır. Mən gənc nəsli də çox qınamaq istəmirəm. Amma 10-15 yerdən tapşırıq, göstəriş almaq yaxşı nəticə verməyəcək. Təyin olunan icra başçısı çaş-baş qalır, bilmir kimin tapşırığını etsin.
Köklü islahatlara ehtiyac var. Azərbaycanda hakimiyyətin bu və ya digər şəkildə müxalifətlə bölüşdürülməsi, müxalifətin dövlət strukturlarına inteqrasiyası təmin edilməlidir. Azərbaycanda gələcək kataklizmlərdən müdafiə üçün dövlətçiliyin, demokratik təsisatların inkişafı lazımdır. Bu prosesdə müxalifətin də gücündən istifadə etmək olar. Hazırda kadr islahatı altında həyata keçirilən vəzifə bölgüsünü yalnız yerdəyişmə kimi qiymətləndirirəm.
Tutaq ki, dedik, Zakir Fərəcov yaxşı işləmir, o da getsin. Yerinə gələn nə edəcək, işi ilə başımıza tac qoyacaq?! Ona görə, mən belə düşüncələrə qarşıyam. Zakir Fərəcovun gözəl işləri də var, müəyyən səhvləri də olub. Amma mən qorxuram ki, Zakir Fərəcov çıxarılsa, yerinə təyin olunan onun ölənlərinə rəhmət oxutdurar. Məsələ kadrda deyil, iş sistemini dəyişmək lazımdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ