Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Yan 16:11Siyaset
Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılır
Bolqarıstanın baş naziri Kirill Petkov Azərbaycandan ildə 1 milyard kubmetr “Şahdəniz” qazı almaq öhdəliyi götürmüş “Bulgargaz” dövlət qaz təchizatı şirkətində xüsusi xidmət orqanlarının ötən həftə başlatdığı araşdırmaya münasibət bildirib.
Respublikaxeber.az xəbər verir ki, bu barədə EURACTİVE.com portalı məlumat yayıb. Bildirilir ki, baş nazir “şirkətdə bir sıra qanun pozuntularına yol verildiyinə dair şübhələrin olduğunu” deyib.
Sayt yazır ki, son günlər hökumət “Bulgargaz”a qarşı təzyiqləri artırıb. Çünki şirkətin bolqar qaz istehlakçılarının maraqlarına zərbə vurmasından şübhələnir. “Belə şübhələr var ki, şirkət ucuz Azərbaycan qazını alıb qonşu İtaliya və Rumıniyaya ixrac edir, daha bahalı Rusiya qazını isə ölkə daxilində satır. Nəticədə istehlakçılar bundan zərər çəkir”, – məlumatda deyilir.
Baş nazir Kirill Petkov
Xatırladaq ki, “Bulgargaz” Azərbaycandan 2013-cü ildə bağlanmış müqavilə əsasında həmin 1 milyard kubmetr qazın hamısını ala bilmir. Çünki bu qazı Yunanıstandan Bolqarıstana nəql etməli olan interkonnektor qaz kəməri IGB hələ hazır deyil, kəmərin tikintisi 12 ildir şübhəli şəkildə ləngidilir. Bu isə Bolqarıstanın qaz bazarında inhisarçı olan “Gazprom” şirkətinin maraqlarına cavab verir. “Bulgarqaz” Azərbaycan qazının təxminən üçdə birini Rumıniya-Bolqarıstan qaz kəməri (“Qazprom”un nəzarətindədir) üzərindən revers rejimində ala bilir.
Bu və digər şübhəli məqamlarla bağlı Dövlət Milli Təhlükəsizlik Agentliyinin və Baş Polis İdarəsinin əməkdaşları ötən həftə “Bulgaraz”ın ofisində araşdırmalara başlayıblar.
Daha əvvəl isə “Bulgargaz”ın baş direktoru Nikolay Pavlov Dövlət Milli Təhlükəsizlik Agentliyinə məktub yazaraq Azərbaycanla imzalanmış müqavilədən məxfi məlumatların sızdırılmasını araşdırmağı xahiş etmişdi. Bu məlumatların sızması “Qazprom”un maraqlarına uyğundur və Azərbaycan tərəfini bərk qəzəbləndirib.
Hakim koalisiyadan deputat Martin Dimitrov isə EURACTIV-ə deyib ki, bolqar xüsusi xidmət orqanları həm də IGB qaz kəmərinin tikintisinin niyə 12 ildir ləngidiyini araşdırmalıdır. Deputat Avropa Komissiyasını da bu məsələyə qarışmağa çağırıb, çünki kəmərin tikintisini qismən Avropa Komissiyası maliyyələşdirir.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib