Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Fev 16:53Siyaset
Xalqın sevgisini qazanan LİDER
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Gəncə şəhərində direktor işlədiyim Baza İnşaat Texnikumunda 1992-ci il dekabr 26-da YAP ilk Təşkilatının yaradıcısı, YAP I qurultayının nümayəndəsi, 39 saylı Kəpəz rayon I Dairə işçi qrupunun rəhbəri, ekspert Komissiyasının sədri (2000-ci ildən) Vətənini, xalqını, milli dövlətçiliyini və Prezidentini ürəkdən sevən, ümumilli lider Heydər Əliyevin Əbədiyaşar ideyalarına və ali dövlətçilik amallarına daim sədaqət nümayiş etdirən Nəbi Qənbər oğlu Yusifov tərəfindən
Məmnunluq Müraciəti
Möhtərəm cənəb Prezident
Hörmətli İlham müəllim!
Xalqımızın böyük oğlu, parlaq düha sahibi, fenomenal tarixi, şəxsiyyət, fövqəlbəşər, insan, milli müstəqilliyimizin və dövlətçiliyimizin memarı, milli xilaskarımız, ümummilli lider Heydər Əliyev cənablarının əbədiyaşar ideyalarının, qranit özülə, dəmir məntiqə və dinamik gücə, böyük uzaq görənliyə söykənən ali dövlətçilik amallarının milli həyatımızın bütün sferalarını əhatə etdiyi, beynəlxalq arenada özünə layiqli yer aldığı, dünyanın diplomatiya və siyasət salonlarında Azərbaycanın haqq işinin və siyasi mövqeyinin, uğurlu daxili və siyasi kursunun müdafiə olunduğu dövlətimizin qürurverici üçrəngli bayrağının yer üzünün bütün qitə və meridianlarında əzəmətlə dalğalandığı, Regionların sosial-iqtisadi inkişaf programı çərçivəsində son 15 ildə ölkəmizin çiçəklənmə, əsaslı təkamül prosesinin yaşadığı islahatlaşmaya qloballaşmaya və struktur dəyişikliklərinə geniş start verdiyi yeni tarixi mərhələdə Sizə müraciət ünvanlayıram.
Mən bir ziyalı olaraq düşünürəm ki, ölkəmizdən azad, demokratik və müstəqil dövlətimizdən asılı olmayan səbəblərdən yer şarında baş verənlər, siyasi qarşıdurmalar, üzücü müharibələr, radikal qruplaşmalar, dağıdıcı terror təşkilatları və onların pərdəarxasında silahlandırılması, dünya əhalisinin qaynar ocaqlardan köçürülməsi, bu qanlı olaylarda saysız-hesabsız insan itkisinin baş verməsi, günahsız insanların ev-eşiyindən didərgin salınması dini faktorların siyasiləşdirilməsi sülhün meydanının getdikcə daralması istər-istəməz məmləkətimizin ideal davranışına təsirsiz ötmür.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan ədalətli sülhpərvər mövqeyinə dünyada baş verən üzdəniraq hallar xələl gətirə bilməz. Çünki Azərbaycan Prezidenti son dərəcə qətiyyətlidir, uzaqgörəndir, yenilməzdir, öz iradəsini ortaya qoyur, ikili standartlarla barışmazdır. Məhz buna görə də xaricdə və daxildə lövbər salmış qara qüvvələrin, düşmənlərimizin diktəsi ilə fəallaşması, ara-sıra baş qaldırması “ Yel qayadan nə aparar”, “İt hürər, karvan keçər” zərb məsəllərini xatırladır.
Bu gün xalqla ölkə başçısının monolit birliyi göz qabağındadır. Son 15 ildə Siz Azərbaycanı misli görünməmiş zirvələrə qaldılmısınız. Xalqın istəyini təmin etmisiniz, sosial infrastruktur layihələri reallaşdırmısınız, möhtəşəm yeniliklərə böyük inkişafa imza atmısınız. Ölkəmizdə irqi ayrı-seçkiliyə son qoyulmuşdur. Azərbaycan dünyada analoqu olmayan tolerant ölkədir, çox millətli dövlətdir, sizin çoxsaylı sərəncamlarınızla son dövrlərdə insan amili ön plana çəkilmişdir. Bütün bunlar ölkə başçısının fədakar əməyinin, qətiyyətli addımlarının nəticəsidir. Bütün bunlar hamısı dövlət başçısının intəhasız vətənpərvərliyindən, millətsevərliyindən irəli gəlir.
Möhtərəm Cənab Prezident!
Siz dahi Heydər Əliyevin adı dünya ilə bir olan siyasi məktəbinin ən layiqli davamçısı olmaqla xalqımızın inamını qazanmısınız. Siz ümummilli liderin miras qoyub getdiyi dövlətçilik programını öz çoxşaxəli fəaliyyətinizə tətbiq etməklə dünyəvi işlər görürsünüz. Bu günlərdə “ REAL TV-yə“ verdiyiniz tarixi müsahibə dediklərimin real sübutudur.
Siz xalqın ürəyinin döyüntülərində, sevgsində yaşayırsınız. Ötən ayda şəhid ailələrinə, onların varislərinə 11 min manat məbləğində birdəfəlik müavinətin verilməsi, şəhid ailələri ilə görüşünüz, ölkədə demokratiyanın təkmilləşməsi istiqamətində struktur dəyişiklikləri ilə bağlı, sosial sahəyə aid pensiyalar haqqında sərəncamlarınızın qüvvəyə minməsi, Şamaxıda, Cəlilabadda, Beyləqanda və Sumqayıtda əhalinin bütün zümrə və təbəqələri ilə isti görüşləriniz bir daha sübut etdi ki, Prezident xalqla, xalq Prezidentlə həmrəydir, həmfikirdir.
Son 15 ildə göstərişiniz əsasında Azərbaycan milli ordusu dünyanın ən çevik orduları səviyyəsinə gətirilmişdir. Rusiya və Fars imperiyasının şineli, əbası altına sığınan qonşu düşmən ölkə aprel döyüşlərində Azərbaycan Ordusunun bir daha gücünə bələd oldu. Son illərdə ölkə başdan-başa qazlaşdırılıb. Elektrik enerjisi təchizatı uğurla başa çatdırılıb. Su təchizatı 80% təşkil edir. Aqrar sahəyə xüsusi diqqət yetirilmişdir. Sovetlər dönəmində “ Qara qızıl” adı ilə məşhur olan strateji sahəyə, pambıqçılığın inkişafına geniş önəm verilmiş, bu sahə dövlətin iqtisadi siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Bu gün 180-dən çox dövlət Azərbaycanla iqtisadi, siyasi, elmi mədəni və ticari əməkdaşlıq edir.
Mən bu söylədiklərimi daha geniş anlamda daha əhatəli şəkildə 2010-cu ildə Ulu öndər “Dünyanın ən ideal şəxsiyyəti” və 2015-cı ildə çap etdirdiyim “İlham Əliyev və dünya siyasəti” kitablarımda əks etdirmişəm. Ulu öndərə həsr etdiyim kitabda bildirmişəm ki, Ulu öndər siyasətə 1993-cü ildə deyil, ən geci 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra 23 Yanvarda gəlməliydi. O zaman Qarabağın işğalından söhbət gedə bilməzdi, nə bir milyon qaçqın olardı, nə də 20% torpaqlarımız işğal olardı. Bu qiymətli sözləri 2016-cı il noyabr ayının 21-də ADAU-nun iclas salonunda tribunadan demişəm.
Bu fikirləri ona görə vurğuladım ki, Azərbaycan xalqı Prezidentinə inanır, güvənir və onunla öyünür. Millətin yeganə pənahı göydə Allah yerdə sevimli Prezidentimiz İlham Əliyev cənablarıdır. Ölkənin bütün sağlam qüvvələri bu gün cənab Prezidentin ətrafında sıx birləşmişdir.
Ulu Tanrı Sizi qorusun!
Yaşasın İlham Əliyev!
Hörmətlə: Nəbi Yusifov
23 fevral 2019-cı il
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi