Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Dek 17:41Siyaset
Səfər Mehdiyev hansı deputatları nəzərdə tutub? – ADLAR
Milli Məclisin bir neçə deputatı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin mediaya son geniş müsahibəsində bəzi deputatların ünvanına kəskin fikirlər səsləndirməsinə münasibət bildirmişdilər.
Respublikaxeber.az xəbər verir ki, bəzi media qurumları və sosial şəbəkələrdə isə bu fikirlər kontekstdən çıxarılaraq, S.Mehdiyevin ümumilikdə deputatlara qarşı olduğu haqda yanlış təəssürat yaradılmasına çalışılıb.
Halbuki S.Mehdiyev “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” dəyişdirilməsinə qarşı çıxan deputatları nəzərdə tutaraq, onların qanunsuz biznes və fırıldaqçılıqla məşğul olduğunu demişdi.
Pressklub.az Milli Məclisdə bu dəyişikliyə qarşı çıxış edən deputatların Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Elman Nəsirli və Erkin Qədirli olduğunu yazıb.
Deputat Müşfiq Cəfərov çıxışında bildirmişdi: Qaimə-faktura ilə təqdim edilmiş 1000 dollara alınan məhsul barədə gömrük orqanları tərəfindən tələb qoyulur ki, məhsulun qiyməti bazarda 3000 dollardır. Nəticədə, rəsmiləşdirmə üçün 3000 dollar qeyd olunur. Belə olan halda, təbii olaraq, qiymət artımı baş verir, sahibkarlar məhkəməyə müraciət edir.
Deputat Erkin Qədirli isə Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğvinin vacib olduğunu demişdi.
Deputat Elnur Allahverdiyev də Nazirlər Kabinetinin gömrük sahəsi ilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini vurğulamışdı.
YAP-çı deputat Elman Nəsirov təmsil etdiyi Cəlilabad rayonundan olan iş adamları və sahibkarların öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşdiklərini demişdi.
Deputat Bəhruz Məhərrəmov isə poçt bağalamaları ilə göndərilən məhsulların limitinin 1000 dollardan 300 dollara endirilməsini kəskin tənqid etmişdi.
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da mediaya açıqlamasında bu qərarın əleyhinə çıxmışdı.
Qeyd edək ki, 2020-ci ilin avqustun 21-də Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” dəyişdirilib.
Yeni qaydalara görə, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər. Həmin tarixə qədər bu məbləğ 1000 dollar idi. O cümlədən, fiziki şəxs özü ilə ölkəyə yalnız 800 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilər ki, dəyişikliyə qədər bu məbləğ 1500 dollar təşkil edirdi.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ