Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 İyn 15:52Siyaset
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb - FOTO - VİDEO
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn görüş təşkil edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, video-tədbirə aprel şəhidlərinin və qazilərinin övladları, “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizm sindromlu uşaqlar qatılıblar.
Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Bu kimi görüşlərin əhəmiyyətindən danışan Ramin Quluzadə uşaqlara xoş arzularını söyləyib.
Səmimi mühitdə baş tutan görüşdə uşaqlar da çıxış edərək “Bakutel-2019” sərgisində uğurla iştirak etdiklərini xatırlayıblar. Onlar həyatlarında ən yaddaqalan anlardan birinin robokurslarda öyrəndikləri bacarıqlarını sərgidə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşısında nümayiş etdirdikləri an olduğunu söyləyiblər. Uşaqlar ayrı-ayrılıqda çıxış edərək bütün dünyadakı körpələrə və uşaqlara arzularını, özləri ilə bağlı istəklərini də dilə gətiriblər. Eyni zamanda, uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onlara göstərilən diqqətə, bir çox İT təlimlərində iştiraka yaradılan şəraitə görə təşəkkür ediblər.
Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırıblar. Sonda nazir şəhid övladlarına onların vətən uğrunda fədakarcasına döyüşən, öz canlarından keçən insanların yadigarları olduğunu və hər bir azərbaycanlının onları qorumağa borclu olduğunu vurğulayıb.
Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan uşaqlara, aprel şəhidlərinin və qazilərinin övladlarına nazirlik tərəfindən müxtəlif hədiyyələr, eləcə də
“Azercell Telekom” MMC tərəfindən “Busuu” – dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar göndərilib. “Busuu” tətbiqi vasitəsilə eyni anda 12 dil – ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal və digər dilləri öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini etmək mümkündür.
https://youtu.be/BAeIGaJHi0Q
https://ww.apa.az/upload/news/2020/june/01/big/1591012560429_jSPDTPs4.jpeg
https://ww.apa.az/upload/news/2020/june/01/big/1591012559079_vajuAWrH.jpeg

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi