Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Dek 11:14Siyaset
Hakimiyyət jurnalistlərə birka taxmağa hazırlaşır - yeni media qanunu xalq mətbuatına qarşı...
Qloballaşma ilə mübarizə aparanlar ya geridəqalmışlardır, zamanın nəbzini tuta bilmirlər, ya da özləri ilə bir yerdə cəmiyyətləri tarixin keçmişinə, özünütəcridə aparırlar.
Dünyanın trendlərinə baxın: tik-tok, instaqram, yutub kanalları...ənənəvi media - tv, radio, qəzetçilik sıradan çıxır.
Sosial şəbəkələr həyatımızın özünə çevrilib, virtual platformalar ifadə azadlığı üçün geniş üfüqlər açıb: gənclər, müstəqil düşüncəli adamlar vaxtilə realizə edə bilmədiklərini burada gerçəkləşdirirlər; kimisi hadisəni çəkib yayır, kimisi fərqli fikir müzakirəsi açır, kimisi yutub kanalı üzərindən tənqidçi fikirlərini bölüşür.
Və bu yeni media trendləri o zamana təsadüf edir ki, banal və boz rəsmi mətbuat, palaz-palaz məqalələrlə çıxış edən, heç bir oxucu auditoriyası olmayan çap mediası, hakimiyyətin nəzarətində olan və illərdir yüzminlər xərclənən, əvəzində ictimai rəyə təsir imkanları sıfıra bərabər olan qəzetlər tarixin arxivinə yollanır.
Respublikaxeber.az xəbər verir ki, Anaxeber.info-nun təhlil qrupu yazır ki, hakimiyyət dünyada və Azərbaycanda gedən bu tendensiyanı müşahidə etdiyi üçün qaykaları bərkitmək məqsədi ilə həyəcan təbili çaldı, nəticədə “Media haqqında” yeni qanun layihəsini ortaya atdı.
İqtidar texnoloqları anladılar ki, proses dönüşüolmaz vəziyyət alıb, vətəndaş cəmiyyəti öz mediasını yaradır və xalqın mətbuatı formalaşır, bura isə müdaxilə etmək, girişmək mümkün olmur.
Ona görə mürtəce bir qanun layihəsini ictimai müzakirəyə çıxarmadan, latent şəkildə iş aparmaqla qanuna dəyişikliyə hazırlıq başladıldı. Amma böyük səhv və məntiqsizlikdir: dünyanın gedişini, qloballaşma getdiyi vaxt müasir media platformalarını sıxma-boğma etmək olmaz.
Dünyanın açılımı, ifadə azadlığının inkişafı, internetin idarəolunmaz dəryaya çevrildiyi zamanda hakimiyyətin geriçiliyi, istədiyi mətbuatı görmək arzusu biabırçılıqdır.
Axı bu həm də dövlətin cəmiyyət qarşısında məsuliyyətidir: bizi hara aparırsınız?! Üstəlik, qanun layihəsi ictimai müzakirəyə çıxarılmadan bir neçə media eksperti ilə parlamentin komissiyasında fikir mübadiləsi aparılması hörmətsizlikdir.
Başqa tərəfdən, media 4-cü hakimiyyətdir, iqtidarlara nəzarət edən sərbəst, azad peşədir. Dünyanın çox yerində mətbuat hakimiyyətə ictimai nəzarəti təmin etdiyi halda, bizdə hökumət mediaya nəzarət etməyi hədəfləyib. Tam absurdizm!
Yeni qanun layihəsində ən gülünc məsələ media reyestri yaradılmasıdır. Yəni “kupça”lı jurnalistlər ordusu yaradılır.
Başqa sözlə desək, jurnalistlərin qulağına birka taxılır - “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev media reyestri yaradılmasını belə müqayisə etmişdi.
Axı TV+radiolar Milli Teleradio Şurasında qeydiyyatdadır, qəzetlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçiblər, sayt və agentliklər, MMC-lər Vergilər Nazirliyində analoji prosedurdan keçib, o halda jurnalistləri qeydiyyata salmağın məntiqi nədir?
Bu qeydiyyatdan keçməyənlər jurnalist hesab olunmayacaqsa, Media İnkişaf Agentliyi hansı meyarlarla bunu müəyyən edəcək?
Ən əsası media hüquqşünası Ələsgər Məmmədlinin toxunduğu məsələdir - milli təhlükəsizlik. Bu qanun layihəsi ikinci oxunuşdan keçərsə, xarici təsirlər artacaq: Azərbaycanda qulağına birka vurulanların əl-qolunun bağlanması, qalanlarının sıradan çıxarılması ucbatından xaricdə olan media platormaları, yutuberlər, söyüş mətbuatı adlandırılanlar daha da güclənəcəklər.
Bir sözlə, yeni media qanunu jurnalistikanın inkişafına, azadlıqların irəliləməsinə deyil, daha da halqanın daralmasına xidmət edəcək.
Misal üçün maddə 21.1.1: “Barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa”.
Belə çıxır ki, jurnalist əlindəki materialın yayımı üçün həmin şəxsdən icazə almalıdır. Bu, ilk növbədə reketçiliyə, şantaja xidmət edəcək bir meyllənmə olacaq.
İkincisi, absurd yanaşmadır, təbii ki, barəsində hansısa video və ya audi olan şəxs yayımına razılaşmayacaq. Ümumiyyətlə, medianı prokurorluq, polis orqanları ilə qarışdırmaq, onlar kimi idarə etmək olmaz. Hakimiyyət mətbuata hansısa vinti kimi baxa bilməz. Hər şeydən ümdə isə bu qanunlar problemləri həll etməyəcək, iqtidarın özünü narahat edən bloggerlik, yutuberlik jurnalistikasının qarşısında çəpər hörmək mümkün olmayacaq.
Yeri gəlmişkən, qanunda internet mediası haqda bəsitlik var. Dövlətin rəqəmsal KİV-lə bağlı konsepsiyası yoxdur. İnternet televiziyaları ilə bağlı hər hansı müddəaya rast gəlinmir.
Hərçənd MİA-nın icraçı direktoru Əhməd İsmayılov ixtisasca hüquqşünasdır, amma mətbuatla bağlı təsəvvürləri azdır, ortaya çıxan layihə də bu dərəcədə tələsik hazırlanıb.
Hətta konstitutsiyaya zidd bəndlər var. Məsələn, professor Qulu Məhərrəmlinin sözlərinə görə, müddəanı sanki küçədən keçən hazırlayıb. Söhbət redaktor təyinatında ali savadlı olmaq tələbindən gedir.
Dövlət medianın işinə qarışa bilməz, dövlət qulluğuna işçi götürülmür, ali savadı olmayan, jurnalistika ixtisası üzrə təhsil almayan redaktorlar belə ola bilər.
Əslində, yeni qanun layihəsi köhnə qanunlarda olan bütün zərərli müddəaları özündə saxlayıb. Əlavə olaraq jurnalistlərin lisenziyalaşdırılmasını qanuniləşdirmək istəyirlər. Jurnalistlər və media vasitələri üçün “süzgəc” yaradacaqlar və beləliklə, kimin jurnalist və media orqanı statusu almasına özləri qərar verəcəklər. Buna nə Əhməd İsmayılov, nə hakimiyyət qərara verə bilər...
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər