Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Dek 16:12Siyaset
DTX-nin Səfərbərlik Xidmətindəki əməliyyatının detalları — 5 min alıb, müharibəyə yararsız yazıblar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasının sədri Nazilə Rəhmanova Vətən müharibəsi zamanı səfərbərliyə çağırılmış şəxsdən rüşvət alaraq onun döyüşlərə qatılmasının qarşısını alıb.
Respublikaxeber.az kriminalqafqaz-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü həkim Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə təqsirli bilinərək barəsində cinayət işi başlanılıb.
DTX tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, N.Rəhmanova vəzifəli şəxs kimi səfərbərliyə cəlb edilmiş çağırışçını müharibə dövründə hərbi xidmətdən yayındırmaq müqabilində 5 min manat rüşvət alıb.
Qeyd edək ki, Nazilə Rəhmanova eyni zamanda 2 saylı şəhər klinik xəstəxanasının həkim-nevropatoloqu olub.
63 yaşlı N.Rəhmanova Vətən Müharibəsi başladıqdan 3 gün sonra səfərbərliyə çağırılmış ehtiyatda olan hərbi qulluqçu Zöhrab Mürsəlova onu müharibəyə yararsız kimi yazdıracağına dair vəd verib. Yoxlanışdan sonra çağırışçını Bakı şəhəri 3 saylı klinik şəhər xəstəxanasının travmatologiya şöbəsinə göndərib. Orada isə 1991-ci il təvəllüdlü Z.Mürsəlovun hərbi xidmətə yararsız olmasına dair rəy verilib.
Nazilə Rəhimova məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyib: “39 il həkim işləmişəm. Səfərbərlik Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi həkim komissiyasının sədri olmuşam. İkinci Qarabağ müharibəsi ərzində Zöhrab Mürsəlovun işi ilə əlaqədar iki qadın hərbi komissarlığa hər gün gəlib-gedirdilər. Neçə dəfə komissarın yanından onları qovmuşdum. Zöhrab müharibə başlayan günün səhərisi könüllü olaraq komissarlığa gəlib komissiyadan keçən zaman həkim mənə Zöhrabın əlinin qatlanmadığını dedi. Biz də onu müayinəyə göndərib vəziyyətini komissara məruzə etdik. Mən şəxs barəsində rəy verirəm, qərarı isə komissar verir. Əgər mən Zöhrabın əlindəki çapığı qeyd etməsəydim və Zöhrab hərbi hissədən qayıtsaydı, bu mənim üçün mənfi hal olardı. Daha sonra Zöhrab yanıma gələrək mənə hörmət edəcəyini bildirdi. Zöhrabın işi ilə bağlı pul almışam, amma miqdarını xatırlamıram. Zöhrabdan rüşvət deyil, şirinlik almışam”.
Təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilib.
Belə ki, N.Rəhmaova ibtidai istintaq zamanı dindirilərkən cinayət əməlini etiraf edib: “2015-ci ildə Suraxanı rayon İcra hakimiyyəti başçısının sərəncamı əsasında çağırış komissiyasının Hərbi həkim komissiyasının sədri təyin edilmişəm. Çağırışçının səhəti ilə bağlı şikayətləri olduğu üçün müayinə zamanı sağ biləyində kəsik izləri, həmin hissədə hissiyyatsızlıq, şişkinlik aşkar edildi. Bu səbəbdən də müayinə üçün cərrah yanına göndərdim. Həmin şəxs müayinədə olan zaman dostu Rəşad mənə yaxınlaşaraq Zöhrabın müharibəyə getməməsi üçün kömək etməyimi xahiş etdi. Bundan sonra Zakir həkimlə danışdım. Zakir həkim bildirdi ki, sağ biləyində olan zədələrə görə şəhadətləndirilməlidir. Vəziyyəti komissar Qəşəm Mahmudova məruzə etdim. Qəşəm Mahmudov çağırışçını daha ətraflı müayinə edilməsi üçün Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya və nevroloji şöbələrinə göndərdi.
Mən əvvəlcədən Zöhrab Mürsəlova müharibə dövründə hərbi xidmətə yararsız diaqnozu qoyulacağını güman etdiyim üçün vəziyyətdən istifadə edib Zöhrabın dostu Rəşada bildirdim ki, onlara köməklik edə bilərəm. Rəşad dostu Zöhrabın müharibəyə getməməsi üçün 5 min manat təklif etdi. Ehtiyacım olduğu üçün Rəşadın bu təklifini qəbul etdim. Zöhrabın müharibəyə getməməsi üçün hər hansı saxtakarlıq etməmişəm. O, onsuz da müharibə dövründə hərbi xidmətə məhdud yarasız idi. Bir neçə gün sonra Zöhrabın dostu Rəşad aramızdakı razılaşmaya görə əvvəlcə 3500 manat verdi. Yerdə qalan 1500 manatı isə Rəşadgilin başqa bir dostu Asim adlı şəxs gətirdi. İdarənin həyətində Asimdən 1500 manat pulu götürdüm. Bundan sonra DTX əməkdaşları hal şahidlərinin iştirakı ilə otağıma daxil olaraq üzərimə və otağa baxış keçirdi. Baxış zamanı Asimdən aldığım 1500 manat cibimdən çıxarıldı”.
Məhkəmədə dindirilmiş Zöhrab Mürsəlov deyib ki, 2009-2010-cu illərdə Gədəbəydə N saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçib.
2020-ci il oktyabrın 5-də hərbi komissarlıqdan ona zəng gəlib və idarəyə dəvət edilib: “Sağ əlimdə xəsarət izləri olduğundan müvafiq tibbi sənədləri də hərbi həkim komissiyasına təqdim etdim. Komissiya sədri sənədlərlə tanış olduqdan sonra məni müayinə etdi və heçnə bildirmədi. Daha sonra əlavə müayinə üçün məni 3 nömrəli şəhər klinik xəstəxanasına göndərdilər. Sonra dostum Rəşad Nazilə həkimin onlardan bu işlə bağlı pul istədiyini və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini bildirdi. Bir müddət sonra mən də DTX-yə müraciət etdim”.
Zöhrab Mürsəlovun sözlərinə görə, biləyindəki xəsarət izləri 2013-cü ildə pəncərə şüşəsinin qolunu kəsməsi nəticəsində baş verib: “Həkimlər tikiş atmışdılar deyə sağ biləyimi rahat işlədə bilmirəm. Səfərbərlik Xidməti Suraxanı rayon idarəsinin rəisini də, 3 saylı klinik xəstəxananın həkimlərini də tanımıram. Onların hər hansı qanunsuz hərəkətləri ilə rastlaşmamışam. Nazilə xanım şəxsən məndən pul istəməyib. Nazilə xanıma pulu Rəşad və ya başqa bir şəxsin verməsi barədə xəbərim olmayıb”.
İstintaq dövründəki ifadəsində isə Zöhrab Mürsəlov bildirib ki, komissiyadan keçəndə Nazilə həkim ona hərbi xidmətə yararlı olduğunu bildirib: “Mən bu fikirlə razılaşmadım. Bundan sonra həkim müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi üçün mənə kömək edə biləcəyini bildirdi. Bu işin müqabilində məndən 5 min manat rüşvət istədi. Aramızdakı sövdələşmədən sonra həkim məni əlavə müayinə üçün 3 nömrəli şəhər klinik xəstəxanasına göndərdi. Sonrakı danışıqlar məqsədi ilə telefon nömrəsini dostum Rəşada verdim. Bir neçə gün sonra həmin xəstəxanada müayinədən keçəndə bildirdilər ki, hərbi xidmətə yararsızam. Sonra Rəşadla belə qərara gəldik ki, baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edək.
Müraciətdən 10 gün sonra Rəşadla birlikdə DTX əməkdaşlarının nəzarəti altında Səfərbərlik Xidmətinin Suraxanı rayon idarəsinə getdik. Orada Rəşad Nazilə xanıma xidməti otağında 3500 manat verdi. Yerdə qalan 1500 manatı isə yenə də DTX əməkdaşlarının nəzarəti altında digər dostum Asim idarənin həyətində verdi”.
Məhkəmədə şahid qismində dindirilmiş həkimlər də müayinə zamanı Zöhrab Mürsəlovun həqiqətən də əlindəki problem olduğunu təsdiq ediblər. Cinayət işinin materiallarına əsasən, həkimin üzərinə baxış keçirilərkən ondan götürülmüş pullara ultrabənövşəyi işıqlandırma cihazı vasitəsi baxış keçirilib. Müəyyən edilib ki, həmin pul əskinaslarının üzərində “DTX” qeydləri həkk edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazilə Rəhmanovaya şərti cəza verilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ