Sorğu
Оцените работу движка

22 May 10:00Siyaset / Olke

Ukraynadan Azərbaycana təşəkkür

Ukraynadan Azərbaycana təşəkkür

Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva Kiyevin Borispol Beynəlxalq Hava Limanında koronavirusla (COVİD-19) mübarizə tədbirləri çərçivəsində Bakıdan göndərilən humanitar yardımı daşıyan təyyarənin qarşılanma mərasimində iştirak edib.

23 tonluq humanitar yardıma 100 min tibbi maska, beş min qoruyucu kombinzon, həmçinin təmassız termometrlər, dezinfeksiyaedici maddələr və başqa məmulatlar daxildir.

“Ukrayna Azərbaycan Respublikasına və şəxsən Prezident İlham Əliyevə koronavirus pandemiyası ilə mübarizənin çətin dövrlərində göstərilən humanitar yardım üçün dərin minnətdarlığını bildirir”, - deyən İqor Jovkva bu addımın Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın möhkəmliyinin daha bir sübutu olduğunu vurğulayıb.

Qeyd edək ki, Ümumdünya “Vışivanka” (milli ornamentli Ukrayna xalq geyimi) Günü münasibətilə Vladimir Zelenski və Yelena Zelenskaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ənənəvi Ukrayna “Vışivanka”sı hədiyyə ediblər.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi