Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 15:47Siyaset
Əli Həsənovun qızı işdən çıxarıldı — FOTOLAR

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.
Respublikaxeber.az xəbər verir ki, Yeniavaz.com-un əldə etdiyi məlumata görə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili – Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu – Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər