Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 16:21Siyaset
Ölkə korrupsiya bataqlığında, eks-nazirlər kefində… çinovniklərin həbsi nə qazandırır?
Hakimiyyət aşağı rütbəli çinovnikləri cəzalandırmaqla yuxarıları ən pis halda “ev dustağı”na çevirir. Bunu isə korrupsiya ilə mübarizənin ən parlaq mərhələsi adlandırır. Lakin həbslər nazirləri əhatə etmədiyi üçün ikinci və üçüncülərin mühakimə olunması cəmiyyətdə ikrah hissi doğurur.
Sonuncu belə fakt - keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həbs edilən müavini Rafiq Bayramova 8 il cəza verilməsi bu mövzunu şərtləndirir. Artıq neçənci belə antikorrupsiya əməliyyatıdır ki, balığın iylənən başı həbsə göndərilməyib, ətrafı “günah keçisi” çıxarılıb.
Respublikaxeber.az Anaxeber.info-ya istinadən bildirir ki, ən dişsiz nazirlik olan MN-nin sabiq rəhbəri Əbülfəs Qarayev evdə istirahət etdiyi halda, müavini 8 il iş alır. Bu, bütün qanunsuz hərəkətləri üzə çıxan keçmiş xarici işlər naziri Elmar Məmmədyarova da şamildir.
Eks-nazir dincəlməkdədir, XİN-də vəzifə tutmuş şəxslər qandallanır, bir neçə ay sonra ev dustaqlığına buraxılmaqla yenə cinayət işinin istintaqı gedir. Eyni sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovla bağlı söyləmək olar; ləğv edilmiş KİVDF-nin direktoru olmuş Vüqar Səfərli həbsdədir, onu idarə edən “Göbbels” isə azadlıqda gəzir.
Yəni nə R.Bayramov Ə.Qarayevin, nə XİN məmurları E.Məmmədyarovun, nə V.Səfərli Ə.Həsənovun xəbəri olmadan hansısa qanunsuzluğa, mənimsəməyə, rüşvətxorluğa getməzdi.
Və yaxud MTN generalı Eldar Mahmudov böyük və səs-küylü prosesdən kənarda saxlanır, bandası həbsə gedir, bir müddət sonar odioz Akif Çovdarov və digərləri azadlığa çıxır.
Əgər dövlətin ana sütunlarından biri olan MTN kimi strukturda quldurluq etmiş generallar azad olunursa, “mədə niyyətli” korrupsioner R.Bayramova 8 il hökm oxunması, yaxud hansısa əyalətin - Biləsuvarın, Neftçalanın başçısının həbsi ilə hansı sistemli dəyişikliyə, islahata nail olmaq mümkündür?!
Əlbəttə, bu kosmetik görünən tədbirlər olmasa da, yəni həbslər kifayət qədər məmurların canına vəlvələ salsa belə, yenə ölkənin müxtəlif strukturlarında korrupsiya, özbaşınalıq, məmur harınlığı halları davam edir.
Deməli, nə başçıların həbsi həmkarlarını, nə nazirliklərdə gedən tuthatut və “təmizləmə”lər digər orqanların vəzifəli şəxslərini yetərincə qorxuda bilib. Əksinə, bəzən çağırışlar səslənir ki, amnistiya elan olunsun, məmurlar gəlir bəyannaməsi versin, onların mənimsədiyi pullar geri alınaraq Qarabağın qurulmasına yönəldilsin, özləri isə evinə buraxılsın.
Çünki məsələ fiqurların tək-tək cəzalandırılması ilə həllini tapmır, islahatlar və korrupsiya ilə mübarizədə yanaşma dəyişməlidir. Əgər hakimiyyət gömrük sistemində heç nəyin dəyişmədiyini görürsə, səhiyyənin Şirəliyevdən sonra da rüşvət şirəsinin çəkilmədiyini və xəstəliyinin tüğyan etdiyini bilirsə, idarəçilikdə tam xaosdursa, təhsildə Əmirullayev sələflərindən də betərdirsə, heç bir inkişaf yoxdursa, ən əsası Babayev sosial təminat sektorunda az qala xalqı dövlətin üzərinə üsyana qaldırmaqla, sabotaj etməklə, kütləvi şəkildə pensiyaların ləğvi ilə məşğuldursa, Sarbonna təhsilli Kərimov kənd təsərrüfatında heç bir innovativ siyasət aparmırsa, ASAN Xidmətdəki gənc xanımları nazirliyə toplayırsa, o zaman bu dəyişikliklərin islahatlarla və bizim həyatımıza təsirləri ilə hansı bağlantıları var?
Və ən ümdə nüans - ölkənin sadaladığımız bu sektorlarında rüşvət yığışmayıbsa, hansısa Səlim Müslümovu, Rafiq Bayramovu, Vilyam Hacıyevi həbsə göndərməklə biz Azərbaycanı qura bilmərik.
Ələlxüsus, postmüharibə dönəmi, regionda yaranmış yeni reallıqlar, birgəyaşayışla bağlı rəsmi çağırışlar fonunda daxildə idarəçilik mütləq şəkildə bu situasiya ilə ahənglik təşkil etməlidir.
Biz insan haqları, korrupsiya və rüşvətxorluq, monopoliya və inhisarçılıq, məmur qudurğanlığı, talançılıq kimi ən idbar halların kökünü kəsmədən, şəffaflıq, sosial təminat, rifah səviyyəsinin yüksəldilməsini təmin etmədən Azərbaycan cəmiyyətini irəli apara bilmərik. Hakimiyyət əsla bu problemləri yoluna qoymamış xalqdan dəstək ala bilməyəcək. Əksinə, Qarabağda qələbə ilə qazanılmış divident və xallar daxili idarəçilikdəki eybəcərliklər ucbatından xərclənməkdədir.
Elə təkcə gömrükdəki rəzil vəziyyətin davam etməsi və pensiyaların kütləvi şəkildə kəsilib vətəndaşların narazı salınması kifayət edir ki, iqtidar içəridən sosial dayaqlarını itirsin.
Sahibkarlığın inkişafı üçün monopoliyanın ləğvi ən qaçılmaz zərurətdir. Bunları etmədən hansısa nazir müavinlərin, icra başçılarını həbsə göndərmək problemləri fundamental şəkildə həll etməyəcək.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi