Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Avq 08:35Siyaset
Arif Qasımovdan xəbər var – Yeni bina tikir, payçısı olduğu “Park City” vergi borclarını hələ də verə bilmir
Nizami rayon İcra Hakimiyyətinin başçısı olmuş Arif Qasımovun vəzifəsindən acınacaqlı şəkildə ayrılmasının artıq bir ili tamam olub. Onun tərk etdiyi icra başçısı kreslosu bu gün də boşdur. Vəzifəsindən ayrıldıqdan sonra dövrü mətbuatda Arif Qasımovun hələ də rayonu ofisindən idarə etməsi barədə məlumatlar da yayılmışdı.Onun işdən azad olunanadan sonra rayon ərazisində, İcra Hakimiyyətinin binası yaxınlığında özünə tikdridiyi dəbdəbəli ofisə yerləşdiyi bildirilirdi. Keçmiş icra başçısı bəs indi nə kimi işlərlə məşğuldur?
Respublikaxeber.az-ın Aktualinfo.org-a istinadən əldə etdiyi ən son məlumatlara görə vəzifəsi ilə vidalaşmasına baxmayaraq Arif Qasımov bu gün də Nizami rayonunda fəaliyyətini davam etdirir. Məlum olduğu kimi,Arif Qasımovun Nizami rayonu ərazisində sayı bəlli olmayan obyektləri fəaliyyət göstərir. Aldığımız ən son məlumatlara görə o hazırda Xəzər Univeriteteinin yaxınlığında başlanılmış bir göydələnin tikintisinə rəhbərlik edir.Biz əvvəlki yazılarımızda da Arif Qasımovun vəzifədə olarkən rayonda əldə etdikləri boş torpaq sahələrində həyata keçirmək istədiyi bir sıra yarımçıq işlərinin qaldığını qeyd etmişdik. Onun rayon rəhbərliyini tərk etdikdən sonra Nizami rayonu Rüstəm Rüstəmov 72A ünvanda payçısı olduğu “Patk Syti ” MMC tərəfindən tikilən hündürmərtəbəli binada tikinti işlərinin dayandırlması barədə də məlumat vermişdik.
Sözügedən məlumatlarda Nizami rayonunda Rüstəm Rüstəm küçəsi 72A ünvanda bünövrəsi 2017-ci ilin dekabr ayından qoyulmuş hündürmərtəbəli binanın tikintisnin başa çatmasına az qalmış keçmiş Vergilər Nazirliyi tərəfindən binada tikinti işlərinin dayandırııldığı bildirilirdi. Tikintinin dayandırılmasına səbəb isə “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərini həyata keçirən Nazirlik 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alındığını müəyyən edildiyi göstərilirdi. Bununla bağlı Bakı Kommersiya Məhkəməsində keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Park City” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair şikayətinə baxılması barədə məhkəmə prosesinin keçirildiyi də bildirilirdi.
İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 480.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib. Qeyd edək ki, bu məlumatlar dövrü mətbuatda 19 fevral 2020-ci ildə yayılmışdı.
İddiaçı tələbini onunla əsaslandırıb ki, vergi ödəyicisi olan “Park City” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb. Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi tələbi ilə cavabdehə bildiriş verilib. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.
İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2019-cu il tarixli, 19952184794 nömrəli qərarı ilə “Park City” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən cavabdeh “Park City” MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi olan, hər kv.m. 1200,0 manat dəyərində olan qeyri-yaşayış sahəsi siyahıya alınıb və bu barədə əmlakın siyahıya alınması haqqında 13.09.2019-cu il tarixli protokol və akt tərtib edilib.
Sonda məhkəmə verilən sübutları nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi təmin edilməlidir. Bununla da şirkətə məxsus 480 min manat dəyərində mənzillərin hərraca çıxarılmasına qərar verilib.
Aktualinfo.org-un əldə etdiyi ən son məlumatlara görə 12 sentyabr 2019-cu il tarixə olan 457 432,91 vergi borcunu ödəməyən “Park City” MMC vergi borcu artıq 3 milyon manatı keçib. Maraqlıdır ötən bu müddət ərzində MMC-nin 457 min manat borca görə 480.000 manat məbləğində əmlakını hərraca çıxaran Dövlət Vergi Xidməti borcun 3 milyon manata qədər yığılmasına niyə şərait yaradıb?
Arif Qasımovdan xəbər var – Yeni bina tikir, payçısı olduğu “Park City” vergi borclarını hələ də verə bilmir
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PARK CİTY” (VÖEN 1602855941 ) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.03.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 72A, qanuni təmsilçisi kimi isə Dadaşov Zaur Dadaş oğlu qeyd olunub.
Bakı Apellyasya Məhkəməsinin Vahid Məhkəmə portalında yerləşdirilimiş məlumatda “Holcim-Azərbaycan” ASC-nin pul tələbinə dair iddiasına əsasən Dadaşov Zaur Dadaş oğlu cavabdeh qismində məhkəməyə cəlb edilmişdir.
Hesab edirik ki,Zaur Dadaşov “PARK CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyinə sadəcə adı yazılmış formal bir şəxsdir.Əldə etdiyimiz məlumatlara görə MMC naxçıvanlı bir iş adamına məxsusdur. Amma burada Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımovun da payı olduğu bildirilir.Göründüyü kimi o artıq yeni bina tikintisinə başlayıb, payçısı olduğu “Park City” MMC isə illərdir yığılan vergi borclarını ödəyə bilmir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi