Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 İyl 10:54Siyaset
Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu - Səttar Möhbalıyev
22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edirəm! Onlara möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram! Qeyd edim ki, cəmiyyətin formalaşmasında, inkişafında, mariflənməsində, baş verən proseslər barədə məlumatlanmasında, həmçinin ölkədə ictimai rəyin bərqərar olmasında, dövlət və ictimai maraqların müdafiəsində, qərarların qəbul olunmasında mətbuatın xidmətləri danılmazdır. Mətbuat dəqiq, qərəzsiz, mötəbər informasiyaların ictimaiyyətə çatdırılması ilə cəmiyyətin həyatında mühüm rol oynayır və vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu təmin edir. Bir növ dovlət və ictimai təşkilatlarla vətəndaşlar arasında körpü təşkil etməklə nəzarətçi, nizamlayıcı funksiyanı həyata keçirir. Əbəs yerə deyil ki, kütləvi informasiya vasitələrini hakimiyyətin 4-cü qolu adlandırırlar. Bu gün Azərbaycan mətbuatı bu şərəfli missiyanı uğurla və ləyaqətlə icra edir.
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, yarandığı tarixdən bu günədək Azərbaycan mətbuatı böyük inkişaf yolu keçərək xalqın və dövlətin maraqlarından çıxış edib: “Böyük mütəfəkkir, tərəqqipərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla böyük bir ənənənin əsasını qoydu və bu, Azərbaycan mətbuatının sonrakı inkişafının təməli oldu. Cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycan xalqının milli oyanış hərəkatında, milli kmliyin dərk olunmasında, xalq arasında birliyin və həmrəyliyin möhkəmlənməsində, böyük ziyalı ordusunun yetişməsində, cəmiyyətin bütün təbəqələrinin maariflənməsində müstəsna və əhəmiyyətli rol oynayıb. Dövrünün görkəmli qələm sahibləri və ziyalıları bu qəzetdə məqalələr dərc etdirərək milli məfkurənin, demokratik ruhun formalaşmasına çalışırdılar. “Əkinçi” qəzetinin ardınca mətbuat sahəsində xeyli irəliləyişlər baş verdi. “Ziya”, “Kəşkül”, “Kaspi” qəzetlərinin yaradılması elm adamlarının, ədəbiyyat nümayəndələrinin təbliğinə və tanınmasına, milli-mənəvi inkişafa, demokratik mühitin formalaşmasına geniş yol açmış oldu”.
“Xüsusilə 1918-ci ildə müstəqilliyin qazanılmasında və demokratik respublikanın qurulmasında mətbuatın danılmaz xidmətləri olub. Bu yolda mübarizə aparan milli düşüncəli mütəfəkkirlər öz ideyalarını xalqa məhz mətbuat vasitəsilə çatdırır, onları azadlığa, müstəqilliyə səsləyirdilər. "Molla Nəsrəddin" jurnalının dərin demokratiya və azadlıq ideyaları, həmçinin çarın müstəmləkəçilik siyasətinə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizəsi milli oyanış hərəkatının inkişafında xeyli faydalı olub. Beləliklə, “Əkinçi” qəzetindən başlayaraq 20-ci əsrin əvvələrinə qədər fəaliyyət göstərən bütün mətbuat orqanları Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının yaranması və inkişafı uğrunda mübarizə aparıb. Aparılan təbliğat öz bəhrəsini verdi. Uzun illər arzulanan milli ruhlu, demokratik təbiətli, xalq hakimiyyətinin bərqərar olduğu respublika yarandı”, - AHİK sədri qeyd edib.
S.Möhbalıyev bildirib ki, kommunist ideologiyasının hakim olduğu sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı təzyiqlərə, repressiyalara baxmayaraq, öz milli ənənəsini qoruyub saxlamağa çalışıb: “Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafına yeni təkan verdi. Azərbaycan dilində nəşr olunan qəzetlərin sayı çoxaldıldı. Mətbuatda uzun illər qadağan olunan milli adətlərimiz, tariximiz, mədəniyyətimiz, dilimizlə bağlı yazılara rast gənilməyə başlandı. Peşəkarlığı artırmaq məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin fəal tələbələri ittifaqın digər ali təhsil ocaqlarına oxumağa göndərildilər. Ulu öndərin bu xidmətləri yüksək ixtisaslı jurnalistlərin yetişməsində, müasir jurnalistikanın inkişafında mühüm rol oynadı”.
“Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatı təzyiqlərə, basqılara, senzuraya məruz qaldısa da, bütün bunlar ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra qısa müddətdə aradan qaldırıldı. Demokratiyanın tələb etdiyi bütün azadlıqlar kimi, söz və mətbuat azadlığı da ölkədə tam təmin edildi. Beləliklə, Azərbaycan mətbuatı azad və sərbəst şəkildə fəaliyyət göstərməyə başladı. 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Heydər Əliyevin fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı. Bununla da kütləvi informasiya vasitələrinin sürətli inkişafının yeni mərhələsi başladı”, - AHİK sədri qeyd edib.
Deputat vurğulayıb ki, bu gün Azərbaycanda mətbuatın mütərəqqi istiqamətdə inkişafı hərtərəfli təmin olunur: “Hazırda ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. Artıq Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib, dünyanın aparıcı media orqanları ölkəmizin aparıcı xəbər agentliklərinə istinadlar edirlər, xəbər mübadiləsi həyata keçirilir, xarici ölkələrdə bürolar fəaliyyət göstərir, həmçinin yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Ölkəmizdə jurnalistika ixtisasına qəbul imtahanlarında qalibiyyət imtahanının tətbiq edilməsi yaradıcı insanların, qələm sabilərinin bu ixtisasa marağının artmasına səbəb olub. Bu da daha peşəkar və öz peşəsini sevən kadrların mətbuatda təmsil olunmasına gətirib çıxarıb”.
Respublikaxeber.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi