Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Dek 19:50Sehiyye / Bolge-Xeberleri
Kürdəmir həkimlərinin ümidinə qalsa...
Koronavirusa yoluxan xəstələr çox vaxt xəstəxanada yer tapa bilmirlər. Belə olan halda onlar müalicələrini evdə aparmağa məcbur olurlar. Bu zaman isə xəstələrə lazım olan tibbi xidmət göstərilmir.
DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı gözətçi portalına vətəndaşların şikayətləri daxil olub.
Kürdəmir rayonunun Xırdapay kənd sakini Esmira Niyazova bildirir ki, səhhətində yaranan problemə görə dekabr ayının 2 – də Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib, COVİD-19 üçün test verib. Üç gündən sonra test cavabının pozitiv olduğunu bildiriblər və ona ev şəraitində müalicə olunmasını məsləhət görüblər. Ancaq xəstəyə heç bir tibbi yardım göstərilməyib.
Esmira Niyazova tək yaşayır, şəkər xəstəsidir. O, rayonun Mərkəzi Xəstəxanasında qeydiyyatda olsa da, dövlət tərəfindən verilən dərmanları vaxtı – vaxtında ala bilmir. Səhhətinə görə heç bir yerdə işləyə bilmir, dövlət gəliri də yoxdur. Ona ancaq qohum və qonşuları maddi dəstək olur.
Kürdəmir rayonunun Ağtaçı-Qarabucaq kənd sakini Rəhman Əliyev isə deyir ki: “Mən 5 dekabr tarixində özümdən şübhələndiyim üçün Kürdəmir rayonunun Təcili Tibbi Yardım xidmətinə zəng etdim, ancaq onlar çağırışa gəlmədilər. Həmin gün özüm Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Məndən ilkin müayinə üçün burun dəliyimdən və boğazımın qırtlaq hissəsindən yaxma götürdülər, bildirdilər ki, sizin testinizin cavabı 2-3 günə göndəriləcək. Ancaq dekabr ayının 8-də veriləcək cavab, mənə 12-si göndərildi. Halbuki mən həmin tarixə kimi Sabirabad rayonunun Mərkəzi Xəstəxanasında öz şəxsi hesabıma müalicə olunurdum. Virusa yoluxub, tam sağalmağıma 800 manat məbləğində pul sərf olundu. Halbuki mənə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından zəng edib bildirmişdilər ki, sizin müalicəniz üçün sizə xəstəxanamız tərəfindən pulsuz tibbi paket göndəriləcək. Həmin tibbi paket isə hələdə yol gəlməkdə davam edir.”
Respublikaxəbər.az
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi