Sorğu
Оцените работу движка

14 Fev 14:16Sehiyye

Azərbaycanda həkimlər arasında QALMAQAL: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?”

Azərbaycanda həkimlər arasında QALMAQAL: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?”


Bakıda yerləşən xəstəxanaların birində həkimlər arasında xoşagəlməz hal yaşanıb.

RESPUBLİKAXEBER.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Mübahisə zamanı xanım həmkarına əxlaqsız və tərbiyəsiz deyib.

Fizuli Əliyev hadisəni lentə alıb və xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib.

Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:

“Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü”.

İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib.

“Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?”, - deyə A.Abbasova bildirib.

Həmkarı isə ittihamlara cavabında bildirib ki, şöbə müdiri həmin xanıma intim münasibətdə olması barədə təklif edib. Və bu barədə onda video da var.

İnstitutdan Oxu.Az-a bildirilib ki, artıq yayılan videogörüntü ilə bağlı araşdırma aparılır.




Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi