Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Fev 09:18Sehiyye
Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?
Lap uşaqlıqdan eşidirik ki, termometrin içindəki civə tökülərsə, insanı öldürə bilər. Bəs civə həqiqətən bu qədər təhlükəlidirmi? Onu təhlükəli edən nədir? Evə dağılarsa, necə təmizləməliyik?
Arazxeber.az xəbər verir ki, həkim pediatr Günay Rəsulova apa.tv-ə bildirib ki, termometr sındıqda mütləq otağın pəncərəsi açılmalı və otağın temperaturu aşağı salınmalıdır: "Çünki isti otaq temperaturunda otaq civə tez buxarlanacaq və bu da bizim zaman itkimizə səbəb olacaq. Xırda hissəciklərə ayrılmasın deyə onu toplamaq üçün əlcək geyinərək ehmalca onu kağızla götürmək lazımdır. Qalan xırda hissəcikləri isə yapışdırıcı ilə təmizləmək lazımdır".
Bəs termometr uşağın qolunda sınarsa, nə etmək lazımdır? Günay Rəsulovanın sözlərinə görə, mütləq uşağın paltarını dəyişmək və uşağı həmin otaqdan çıxartmaq lazımdır: "Bəzən bizə zənglər olur civəli termometr uşağın əlində idi qırılıb bəs uşaq onu udubsa nə olacaq? Belə olan hallarda uşaq həkim nəzarətində olmalıdır. Çünki civə ağır metal olduğu üçün zəhərlənmə verəcəyi üçün belə uşaq müşahidə də olmalıdır".
Bioloji elmlər üzrə fəlsəfə doktoru Eldar Əliyevin sözlərinə görə, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Həmçinin böyrəkləri də ciddi zədələyə bilir: "İlk baxışda metal dəmir kimi görünür, maye şəklində olmaz, buxarlanmaz və s. Ancaq bu belə deyil. Civə metal da olsa, maye kimi axışqandır və üstəlik də buxar meydana gətirə bilir. Bu buxarlar da insan orqanizmi üçün çox dioksiddir. Sinir sisteminə zərər verə bilir. Ağır bir metal olmasına baxmayaraq, istiyə bağlı olaraq sürətlə genişlənə bilir. Həmçinin soyuğada bağlı olaraq genişlənmə qabiliyyətini itirə bilir".
Pediatr Günay Rəsulova bildirir ki, civə hissəciklərini yığan zaman tozsorandan istifadə etmək olmaz. Belə ki, tozsoran işləyən zaman civənin başqa otaqlara yayılmasına səbəb ola bilər. Həmçinin həkim tövsiyə edir ki, uşaqlar üçün elektron termometrlərdən istifadə olunması məsləhətdir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi