Sorğu
Оцените работу движка

19 Yan 13:31Sehiyye

Yeni səhiyyə naziri haqqında bilmədiklərimiz - DOSYE

Yeni səhiyyə naziri haqqında bilmədiklərimiz - DOSYE

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Respublikaxeber.az xəbər verir ki, T.Musayev 16 sentyabr 1970-ci ildə Bakıda doğulub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı şəhərindəki 189 saylı orta məktəbdə oxuyub.

1987-93-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb.

Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.

Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib. Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi