Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Sen 08:34Sehiyye
COVID pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ
Bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda ölkəmizdə də COVID bəlasına qarşı mübarizə uzun müddətdir ki, yüksək templə davam edir. Xüsusilə də, koronavirusa qarşı ən effektiv üsul hesab olunan vaksinasiya prosesinə daha böyük diqqət yetirilir.
Lakin bu məsələdə bir sıra saxtakarlıq hallarına yol verildiyi ilə bağlı xəbərlər də ara-sıra qarşımıza çıxır. Belə ki, təcrübədə peyvənd olunmadan vaksin pasportlarının satılması hallarına yol verildiyi məlumdur.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu səbəbdən, Daxili İşlər Nazirliyi də bu cür xoşagəlməz halların qarşısnı almaq üçün ciddi tədbirlər görməyə davam edir.
Buna müvafiq olaraq, sentyabrın 23-də DİN-dən mətbuata verilən açıqlamada saxta COVID pasportu satanlarla bərabər alanların da qanun pozuntusuna yol veridyi qeyd olunub.
Bu zaman isə vacib bir nüans ortaya çıxıb:
Vaksin pasportlarının saxta olub-olmaması yoxlanıla bilərmi?
Qeyd edək ki, dünya təcrübəsində insanların həqiqətən də peyvənd olunub-olunmadığını müəyyən edən cihazlar mövcuddur və xarici KİV-lərdə yayılan xəbərlərdə Böyük Britaniyada bir sıra aeroportlarda həmin avadanlıqdan istifadə olunduğu qeyd olunub.
Sualımıza cavab tapmaq üçün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq.
DİN-in sözcüsü Bizim.Media-ya verdiyi açıqlamasında peyvənd olunmamış şəxslərin aşkar edilməsi üçün hər hansı cihazın tətbiqinin TƏBİB-in səlahiyyətləri çərçivəsində olduğunu qeyd edib.
TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış isə məsələnin çalışdığı qurumun səlahiyyətləri çərçivəsində olmadığını və TƏBİB-in xəstəxanalarda müalicə işini təşkil etdiyini bildirib.
Ümumilikdə isə, hər hansı şəxsin peyvənd olunub-olunmadığını yoxlamağın mümkünlüyü ilə bağlı Bizim.Media-ya danışan həkim-radioloq Aydın Əliyev sözügedən məsələnin müəyyənləşdirilməsinin o qədər də asan olmadığını bildirib:
“Qanda immunoqlabinin miqdarını yoxlamaqla insanın orqanizmində antitelin formalaşdığını müəyyən etmək olar. Əgər şəxs peyvənd olunubsa və ya virusa yoluxubsa qan analizində bunu aydınlaşdırmaq mümkündür. Lakin burada da istisna hallar var. Belə ki, praktikada peyvənd olunduğu təqdirdə qanda immunoqlobin yaranmayıb.
Bu səbəbdən də kiminsə həqiqətən də vaksinasiyadan keçdiyini qan analizi ilə 100% dəqiqliklə müəyyən etmək çox çətindir”.
Aydın Əliyev sözügedən məsələdə dəqiq nəticə əldə etmək üçün hər hansı yeni cihazın və ya metodun mövcudluğu haqqında isə dəqiq məlumatının olmadığını bildirib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi